Modern.az

“Azərsun-Holdinq” işçilərin kürdlər olması barədə ittihamlara CAVAB VERDİ

“Azərsun-Holdinq” işçilərin kürdlər olması barədə ittihamlara CAVAB VERDİ

4 May 2018, 12:59

Ölkənin böyük şirkətlərindən olan “Azərsun Holdinq”lə bağlı bir neçə iddia ortaya atılıb. Almaniyada yaşayan bir neçə azərbaycanlı şirkətin iş mexanizmi ilə bağlı yol verdiyi nöqsanları Modern.az-a açıqlayıb.

Bildirilib ki, “Azərsun-Holdinq”in Almaniyadakı nümayəndəliyindəki sonuncu azərbaycanlı işdən çıxarılıb.

“Azərsun-Holdinq”in ofisi Almaniyada qurulanda bütöv kollektiv azərbaycanlılıardan ibarət idi. Sonradan suriyalı kürdü müdir olaraq azərbaycanlının yerinə göndəriblər. Həmin kürd bütün azərbaycanlıları işdən çıxarıb.İndi Almaniyada “Azərsun-Holdinq”in məhsullarını kürdlər satır”.

Məsələ ilə bağlı “Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov Modern.az-a deyib ki, səslənən iddialar əsassızdır.

“Mənfur düşmənlərimizdən başqa heç bir millətə məhdudiyyət yoxdur. “Azərsun-Holdinq”də 22 millətin nümayəndəsi çalışır. “Azərsun-Holdinq”  Azərbaycanın vacib transmilli şirkətlərindəndir ki, orada müxtəlif millətlər rahat şəkildə işləyir və Azərbaycan dövlətçiliyinin iqtisadi inkişafına öz töhfəsini verir. Deyilənlər absurddur. İnandırıcı deyil”.

Afiq Səfərov kürd məsələsinə də aydınlıq  gətirib.

“Almaniyada  “Azərsun-Holdinq”in bir mərkəzi yerləşir. Orada çalışanlar da,  rəhbər də azərbaycanlıdır. Rəhbəri Emil Salayevdir. Çox təcrübəli, savadlı kadrımızdır. Səslənən iddialar konkret faktlara əsaslanmayan sözlərdir. Digər tərəfdən, bizə işi apara bilən, peşəkar insanlar lazımdır. Bildiyiniz kimi Almaniyada türklər üstünlük təşkil edir. Onlar ticarətdə daha peşəkardırlar. Ola bilsin ki, orada yaşayan türklərin arasında milliyyətcə kürd də, çərkəz də var. Düşünürəm ki, bu fikirlərdə qərəz var. “Azərsun-Holdinq” belə hallara yol vermir. Xaricdə yaşayan bəzi uğursuz insanlar bu cür təxribatlara əl atırlar. Azərbaycanın uğurlu inkişafına kölgə salmaq istəyirlər. Düşünürəm ki, bu cür cəhdlərin əsası yoxdur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir