Modern.az

Xızıda məktəb tikintisinə 4,8 milyon manat ayrıldı

Xızıda məktəb tikintisinə 4,8 milyon manat ayrıldı

Aktual

4 May 2018, 17:39

Prezident İlham Əliyevin sərəncamı ilə  Xızıda məktəb tinintisinə 4,8 milyon manat ayrılıb. Modern.az-ın məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Xızı rayonunun sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, əsas kapitala yönəldilmiş vəsait 113,8 dəfə, tikinti-quraşdırma işləri 112,0 dəfə artmış, bir sıra mühüm infrastruktur layihələri həyata keçirilmiş, Xızı şəhərinin və 4 yaşayış məntəqəsinin içməli su təchizatı sistemi yenidən qurulmuş, ümumi gücü 50 MVt olan “Yeni Yaşma” Külək Enerji Parkı yaradılmış, Rayon Mərkəzi Xəstəxanası, əlil və şəhid ailələri üçün 16 mənzilli yaşayış binası inşa edilmiş, təhsil, mədəniyyət və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, yeni yollar çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, o cümlədən yeni ümumtəhsil məktəbi binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Xızı şəhərində 1 nömrəli tam orta məktəbin 420 şagird yerlik yeni binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,8 milyon (dörd milyon səkkiz yüz min) manat, o cümlədən 1 nömrəli tam orta məktəbin yeni binasının tikintisi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 3,8 milyon (üç milyon səkkiz yüz min), abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Xızı Rayon İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir