Modern.az

Belçika səfiri Bakı Dövlət Universitetində olub

Belçika səfiri Bakı Dövlət Universitetində olub

Aktual

4 May 2018, 17:46

Belçika Krallığının ölkəmizdəki səfiri Bert Skufs Bakı Dövlət Universitetində (BDU) olub.

Universitetin Mətbuat və informasiya şöbəsindən Modern.az-a bildirilib ki, rektor, akademik Abel Məhərrəmov qonağı BDU-da görməkdən məmnunluğunu ifadə edib. O, ölkəmizdə elm-təhsil sahəsində həyata keçirilən layihələrdən, BDU-nun dünyanın ali təhsil müəssisələrinin nüfuzlu reytinq cədvəllərində ön sırada yer almasından, həmçinin universitetlər arasında beynəlxalq əlaqələrin möhkəmlənməsindən bəhs edib. Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladığını bildirən rektor, yubileyin yalnız Azərbaycanda deyil, UNESCO-nun dəstəyi ilə Parisdə, Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyası, Avrasiya Universitetlər Assosiasiyası və bir sıra digər təşkilatlar tərəfindən qeyd ediləcəyini diqqətə çatdırıb. Akademik Abel Məhərrəmov Azərbaycan-Belçika ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini, təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.

Səfir Bert Skufs öz növbəsində təmsil etdiyi ölkənin universitetləri barədə məlumat verib, Bakı Dövlət Universiteti ilə elm-təhsil əlaqələrinin yaranmasında maraqlı olduğunu qeyd edib. BDU-da təhsil almaq üçün münbit şəraitin olduğunu deyən səfir  burada tələbələrin həm humanitar, həm də fundamental elmlər sahəsində təhsil almaq imkanlarını yüksək dəyərləndirib. Belçika universitetləri ilə əlaqələrin qurulmasına, birgə həyata keçiriləcək layihələrə dəstək olacağını söyləyib.

Görüşdə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə və Xarici tələblərlə iş üzrə dekan, dosent Gülheyran Rəhimova iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir