Modern.az

“Azərbaycanın Təhsil Kataloqu” hazırlanır

“Azərbaycanın Təhsil Kataloqu” hazırlanır

Qarabağ

19 Avqust 2011, 13:10

Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən “Azərbaycan Təhsil Kataloqu”nun hazırlanmasına başlayır.
Mərkəzdən Modern.az-a bildirilib ki, ölkədə ilk dəfə hazırlanacaq kataloqun əsas məqsədi təhsillə əlaqədar olan bütün qurumlar, onların fəaliyyətləri və təklif etdikləri xidmətlər, əlaqə vasitələri və s. haqqında daha rahat məlumat əldə etməkdir. 

Kataloqda yalnız təhsil müəssisələri deyil, eyni zamanda təhsil sahəsi ilə bağlı olan QHT və KİV-lər, kommersiya şirkətləri və kurslar haqqında informasiyalar yer alacaq. 

Mərkəzin informasiya bölməsindən verilən məlumata görə kataloqun hazırlanması üçün 7 nəfərlik işçi qrup yaradılıb və onlar bu müvafiq işlərə başlayıblar.

Qeyd edək ki, cari ilin sonuna qədər tamamlanması nəzərdə tutulan kataloq pulsuz paylanacaq.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat