Modern.az

Kooperasiya Universitetində Heydər Əliyev ANILIB

Kooperasiya Universitetində Heydər Əliyev ANILIB

4 May 2018, 18:40

3 may 2018-ci il tarixində Azərbaycan Kooperasiya Universitetində universitet rəhbərliyi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş fakültələrarası “Xəmsə” intellektual oyunu keçirilib.

 

Modern.az xəbər verir ki,  oyunun keçirilməsində məqsəd Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, eləcə də Azərbaycan tarixini özündə əks etdirən sual və təqdimatlarla gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, onlar arasında biliklərin və elmin nüfuzunu artırmaq, eləcədə asudə vaxtlarının səmərəli təşkil etməkdən ibarətdir.

 

 Tədbirdə Azərbaycan Kooperasiya Universitetinin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev, universitetin mətbuat katibi, Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov çıxış edərək gəncləri salamladılar və iştirakçılara uğurlar arzuladılar. Qeyd edək ki, keçirilən intellektual yarışda Azərbaycan Kooperasiya Universitetinin tələbələrindən ibarət 8 komanda iştirak etmişdir. Onlardan I yeri İqtisadiyyat fakultəsinin komandası, II yeri Ekspertiza və texnologiya fakultəsinin komandası, III yeri isə İdarəetmə fakultəsinin komandası qazanmışdır. Qalib komandalar universitet rəhbərliyi tərəfindən diplomlarla təltif olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?