Modern.az

 “İrəli” “Marş İrəli” layihəsinə start verir

 “İrəli” “Marş İrəli” layihəsinə start verir

4 May 2018, 18:45

“İrəli” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin(GİN) maliyyə dəstəyi ilə “Marş İrəli” layihəsinə start verir.

 

Bu haqda Modern.az-a təşkilatın mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd edilib ki, ölkədə hər zaman vətənpərvərlik şüarı ilklərdən olub. Azərbaycan gənci güclü vətənpərvərlik ruhu ilə yetişir.  Bütün bunları nəzərə alaraq “İrəli” İctimai Birliyi “Marş İrəli” layihəsini həyata keçirtməyi qərara alıb. Layihənin əsas məqsədi  gənclərdə fiziki davamlılığın artırılması, hərbi xidmətə həvəsləndirmə, ölkə maraqlarının qorunmasında aktiv iştirakı, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaqla ölkə gənclər siyasətinə töhfə verməkdən ibarətdir.

 

 “MARŞ İRƏLİ” - ölkə gəncliyinin hərbi vətənpərvərlik ruhunun, gənclərin düşüncəsində vətənə sədaqət  məfkurəsinin genişləndirilməsinə yönələn müxtəlif növ aktiv idman və maarifləndirici təlim sessiyalarından ibarət kompleks tədbirləri özündə ehtiva edən layihədir. Layihədə gender bərabərliyi qorunmaqla 18-20 yaş aralığında 200 nəfər iştirak haqqı qazanacaqdır. Bu gənclər layihədə iştirak əsnasında aktiv fiziki tapşırıq və oyunlarda həqiqi hərbi xidmətə öncədən hazırlaçacaq, fiziki dözümlülüyü artacaq, keçirilən motivasiya xarakterli görüşlər, seminarlarda, simulyasiya oyunlarında mənəvi olaraq möhkəmlənəcəkdir.

 

Vətənə xidmət yalnız səngərdə xidmət etməkdən ibarət deyil, məhz bu səbəbdən ali təhsil müəssisələrinin ilkin pillələrində təhsil alan gənclərin, o cümlədən, xanım iştirakçıların da layihəyə cəlb edilməsi prioritet olaraq götürülüb. Bu gün, ölkəsini beynəlxalq arenada təmsil edən, ölkə maraqlarını qoruya bilən, təhsilini uğurla başa vurub ölkənin potensial insan kapitalına çevrilən hər bir şəxs cinsiyyətindən asılı olmayaraq vətəninə sədaqətlə xidmət etmiş hesab olunur. Məhz bu timsalda olan gənclərin hərtərərfli formalaşdırılması və xidmətə hazırlanması da layihənin hədəf məqsədlərindən biridir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir