Modern.az

Alimlər insan sağlamlığını bütünlüklə qoruyacaq mexanizmlər aşkarlayıblar

Alimlər insan sağlamlığını bütünlüklə qoruyacaq mexanizmlər aşkarlayıblar

4 May 2018, 23:16

“Genome” layihəsi üzərində işləyən alimlər sensasiyalı bəyanat veriblər: artıq on ildən sonra bütün viruslaradözümlü, habelə sinir sistemi və xərçəng xəstəliklərinə müqavimət göstərən hüceyrələr yaranacaq.

 

Modern.az  xəbər verir ki, alimlər bu nəticələri bağırsaq çöplərinin tədqiqatlarını davam etdirərkən əldə ediblər. Onlar genoma 321 çöp yeridərək, onu dəyişdiriblər. Bu, bakteriyaların təhlükəli virusa qarşı müqavimətini artırıb. Doğrudur, ekspertlər etiraf edirlər ki, daha mürəkkəb orqanizmlərin genomunun dəyişdirilməsi gərgin iş tələb edir. 

 

Harvard Universitetinin professoru Corc Çerç bu prosesi belə şərh edib: “İnsan bədənində hər bir zülalı yenidən proqramlaşdırmaq təqribən 400 min dəyişiklik tələb edir. Gərək 20 min insan genindən artıq kodonlar (genetik kod vahidi) çıxarılsın. İnsan genlərini elə tərzdə proqramlaşdırmaq lazım gələcək ki, adamlar radiasiya, qocalma, kəskim temperatur dəyişiklikləri və xərçəngə qarşı davamlı olsunlar.     

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi