Modern.az

ABŞ Atlantik okeanında İkinci donanmasını bərpa edib  

ABŞ Atlantik okeanında İkinci donanmasını bərpa edib   

4 May 2018, 23:54

ABŞ-ın Hərbi Dəniz Qüvvələri (HDQ) 2011-ci ildə ləğv edilmiş İkinci donanmanı yenidən bərpa etmək qərarına gəlib.

 

Modern.az  xəbər verir ki, bu barədə Amerika HDQ-nin bəyanatında bildirilir. "Milli müdafiə strategiyamızda açıq şəkildə ifadə olunur ki, biz böyük dövlətlərin güclü rəqabət dövrünə geri qayıdırıq, çünki təhlükəsizlik vəziyyəti daha mürəkkəbləşməkdədir.

 

Buna görə də, xüsusilə Şimali Atlantikada bu çağırışlara cavab vermək üçün İkinci donanmanı bərpa edirik", - deyə ABŞ HDQ-nin baş komandanı admiral Con Riçardson bildirib. Bildirilir ki, donanmanın məsuliyyət sahəsinə ABŞ-ın Şərq sahilləri və Atlantik okeanın şimal hissəsi daxil olacaq. Onun inzibati mərkəzi isə əvvəlki kimi Norfolk olacaq. (report)


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir