Modern.az

Azərbaycanın bu  qəsəbəsində “Kamaz”ı olmayana qız verilmir - Video

Azərbaycanın bu  qəsəbəsində “Kamaz”ı olmayana qız verilmir - Video

Aktual

4 May 2018, 23:26

Bir vaxtlar şoferlər qəsəbəsi kimi tanınan Qobustanda əvəllər "Kamaz"ı, indi isə "Şaqman"ı olmayana qız verilmir.

 

Xəzər Xəbərin  məlumatına görə, bura Bakıdan təxminən 60 kilometrlik məsafədə yerləşən Qaradağ rayonunun Qobustan qəsəbəsidir. Qəsəbə sakinlərinin dili ilə desək, "Qobustan qəsəbəsində "Kamaz"ı olmayana qız verilmir”.

 

Bu qəsəbədə sözün əsl mənasında hər həyətdə bir "Kamaz" var. "Kamaz"ların sayının həddindən artıq çox olmasını elə qəsəbəyə girişdə və mərkəzi yolda olan təmir qarajlarının sayından da hiss etmək olur.

 

Qəsəbədə "Kamaz" sayının çox olmasının səbəbi ilə maraqlandıq. Yerli sakinləri deyir ki, Qaradağ daş karxanalarının əsas məkanıdır. Məhz buna görə də bu qəsəbədə "Kamaz" sayı bu qədər çoxdur. Qəsəbə sakinlərinin bir çoxu sürücülük edərək çörək pulunu qazanır.

 

Digər bir səbəb isə vaxtı ilə bu ərazidə yük avtomobilləri bazasının olmasıdır.

 

Bu "Kamaz"ların əksəriyyəti şəxsidir, bəziləri isə icarə əsasında istifadə edilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır