Arxiv
5 May 2018, 12:04 | HADİSƏ
Yeni nazirlər köməkçilərini və müavinlərini dəyişə bilər

Prezident İlham Əliyev aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib və  mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib. Nazirlər Kabinetinin tərkibində dəyişiklik olub.

 

Belə ki, prezident İlham Əliyevin sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, İnam Kərimov Kənd təsərrüfatı naziri, Sahil Babayev Əmək və əhalinin sosial müdafiəsi naziri, Muxtar Babayev Ekologiya və təbii sərvətlər naziri, Ceyhun Bayramov Təhsil naziri, Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri, Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Fuad Nağıyev Dövlət Turizm Agentliyinin sədri, Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi vəsifəsinə təyin olunub.

 

Maraqlıdır, yeni təyin olunan nazirlər və komitə sədrləri rəhbərlik etdiyi qurumlarda hansı islahatları aparmalıdır?

 

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, yeni təyin olunan nazirlər və komitə rəhbərləri Azərbaycanın bu gününə və sabahına hədəflənən islahatları davam etdirməlidir.

 

“O islahatlar ki, həmin qurumun çevikliyini təmin edəcək və vətəndaşlarla bürokratik əngəllər aradan qalxacaq. Artıq biz yeni bir dövrə qədəm qoymuşuq.  Bu dövr Azərbaycanda islahatların dərinləşməsinə gedən mərhələdir. Eyni zamanda, vətəndaşlarla məmurlar arasında problemlər doğura biləcək nüanslar aradan qaldırılmalıdır. Azərbaycanda korrupsiya və rüşvətxorluğun aradan qaldırılması istiqamətində işlər aparılır. Bununla bağlı cənab prezidentin bir neçə müvafiq sərəncamı və tapşırıqları var. Əminəm ki, yeni hökumət baş nazir Novruz Məmmədovun rəhbərliyi altında ölkə prezidentinin müəyyən etmiş xəttə uyğun olaraq işini yüksək səviyyədə quracaq”.

 

Fəzail Ağamalı deyib ki, yeni təyin olunan nazirlər köməkçilərini, rəhbərlikdə təmsil olunan müavinləri dəyişə bilərlər.

“Ancaq orada çalışan peşəkar mütəxəssislərə toxunmaq olmaz. Çünki o peşəkarlar həmin qurumun işini aparan başlıca simalardır. Ona görə də mən nazirliklərdə  genişmiqyaslı ixtisarların aparılmasının əleyhinəyəm”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq” - İlham Əliyev 23 May 2019, 23:19 Kürdəmirdə 5 yeniyetməni it dişlədi 23 May 2019, 23:06 Yerə metereoid düşdü - VİDEO 23 May 2019, 22:53 İsraildə güclü meşə yanğınları 23 May 2019, 22:30 Məktəblər arasında respublika çempionatı başladı 23 May 2019, 22:14 Zelenski Rusiya ilə danışığa getmir 23 May 2019, 21:57 Kriminal avtoritet saxlanıldı 23 May 2019, 21:43 Güclü zəlzələ Fransanı silkələdi 23 May 2019, 21:27 “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir” – İsrail telekanalı 23 May 2019, 21:13 Vahid Naxış  yenidən “ANS”də  - FOTO   23 May 2019, 20:59 İlham Əliyev iftar mərasimində iştirak etdi - FOTOLAR 23 May 2019, 20:51 Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47 ADU-da “Səmavi dinlər” sərgisi 23 May 2019, 17:38 Manatın məzənnəsi dəyişdi? 23 May 2019, 17:28 Ordumuz gecə döyüşlərində - VİDEO 23 May 2019, 17:18 Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı? 23 May 2019, 17:13 Oruc tutmayanların iftar süfrəsində nə işi var... - Din xadimi aydınlıq gətirdi 23 May 2019, 17:03