Modern.az

Gəncədə 30 nəfər yaşayış binasından təxliyə edilib

Gəncədə 30 nəfər yaşayış binasından təxliyə edilib

Aktual

5 May 2018, 14:04

Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən yanğınla bağlı məlumat yayıb.

 

Modern.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, şəhərin Kəpəz rayonunda ikimərtəbəli yaşayış binasının ümumi sahəsi 600 kv.m olan dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə və dam örtüyünün altına yığılmış əşyalar 30 kv.m sahədə yanıb.

 

Yanğın zamanı 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir