Modern.az

Marketlərdə köhnə məhsullar satılır - FAKT

Marketlərdə köhnə məhsullar satılır - FAKT

5 May 2018, 14:21

Abşeron rayon Ceyranbatan qəsəbəsi 147 saylı peşə məktəbin həyətində marketdən yoqurt alan şəxs gördüyü mənzərə qarşısında heyrətlənib. Adətən ağ rəngdə olan yoqurt elə kiflənib ki, üz hissəsnin rəngi dəyişib.

Modern.az məlumat verir ki, bu mənzərə ilə adı çəkilən qəsəbədə yaşayan Mail Ağaxanov qarşılaşıb.

Məhsulun satıldığı marketdən isə bildirilib ki, sözügedən yoqurtu gətirən firmanın adını dəqiq bilmirlər. İstehsal tarixi 02.08.2018 bitmə tarixi isə 07.08.2018-ci ilə kimidir. Buna görə məsuliyyət istehsalçının üzərində düşür.

Bu yoqurtun isthesalçısı olan şirkət ilə əlaqə saxlamaq çalışsaqda məhsulun üzərində göstərilən nömrəyə cavab verən tapılmadı.

Ekspertlər isə hesab edirlər ki, məhsulun vaxtı bitmədən xarab olması o mənaya gəlir ki, onun saxlama şəraitinə əməl edilməyib.Bu hala görə sahibkar 400 ,məhsulun üzərində son istifadə tarixinin oxunaqlı olmamasına görə isə 1500 manat miqdarında cərimə oluna bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir