Modern.az

Harri Kasparov Paşinyana pul verib

Harri Kasparov Paşinyana pul verib

5 May 2018, 16:10

Ermənistantan müxalifətinin lideri Nikol Paşinyan mitinqlərin təşkili üçün edilən ianələrin ümumi məbləğini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə o öz “Feysbuk” hesabında məlumat yerləşdirib.

 

Paşinyanın yazdığına görə aprelin 10-da 23-nə kimi ümumi məbləği 16 min dollar (7,7 milyon dram) ianə toplanılıb. Paşinyan bu barədə mayın 4-ü gec saatlarda “Feysbuk” hesabında qeyd edib.

Onun sözlərinə görə hesabına toplanan bu ianələr həm yerli Ermənistan əhalisindən həm də xaricdə olan diaspora üzvləri tərəfindən köçürülüb.

 

Pul köçürmələri edənlərin əksəriyyəti adlarının gizli qalmasını istəyib.

Tanınmışlar içərisində Qarri Kasparovun da adı çəkilir. O müxalifətin hesabına 20 dollar (10 min dram) köçürüb.

 

Qeyd edək ki. Aprelin 13-də Yerevanda kütləvi mitinqlərə start verilib. Etirazçılar eks prezident Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edirdilər. Lakin etriazlara baxmayaraq aprelin 17-də Sarkisyan baş nazir seçildi. Aprelin 23-də isə etirazçıların təzyiqi ilə istefa verdi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir