Modern.az

“Respublika partiyası tezliklə çökəcək” – Erməni politoloq

“Respublika partiyası tezliklə çökəcək” – Erməni politoloq

Dünya

5 May 2018, 16:47

Hakim partiyanın Ermənistan Konstitusiya Məhkəməsinin üzvü kimi Emil Babayanı seçmək cəhdinin uğursuzluğu erməni inqilabının ilk işarəsi idi.

 

Modern.az xəbər verir ki, bu barədə mayın 5-də tanınmış vəkil Tiqran Atanesyan bəyanat verib.

Tanınmış vəkil Ermənistanın məhkəmə sistemindəki boşluqlar barədə danışıb. O bunu hakim partiyanın fəaliyyəti ilə əlaqələndirib.

 

Onun sözlərinə görə Babayanın şəxsiyyətinə onun heç bir iradı yoxdur. Lakin onun seçilmək üçün istifadə etdiyi mexanizm çox şübhəli bir mexanizmdir.

“Bu cür mexanizmlərdən istifadəyə görə heç kimə bu cür vəzifəni etibar etməzlər. O bu vəzifəni daha yaxşı, başqa bir üsulla əldə edə bilərdi. Mən şadam ki, deputatlar düzgün seçim ediblər. Respublika Partiyası tezliklə çökəcək” – Atanesyan bəyan edib.

 

Vəkil bunu Ermənistan hüquq sisteminin qələbəsi hesab edib.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir