Modern.az

Masallıda dəhşətli YANĞIN: 3 nəfər öldü - YENİLƏNİB

Masallıda dəhşətli YANĞIN: 3 nəfər öldü - YENİLƏNİB

8 May 2018, 12:07

Daxili İşlər Nazirliyi Masallıdakı yanğınla bağlı məlumat yayıb.

Məlumata görə, mayın 8-də saat 2 radələrində Masallı rayonunun Təzə Alvadı kəndində yaşayan Kamran Əzimovun ümumi sahəsi 120 kvm olan 2 mərtəbəli evində yanğın baş verib. Yanıq xəsarəti almış K.Əzimov xəstəxanaya yerləşdirilib və orada ölüb. Yanğın söndürüldükdən sonra K.Əzimovun oğlu Namiqin və gəlini Zeynəbin yanmış meyitləri tapılıb.
Araşdırma aparılır.

***

Masallı rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, rayonun Təzə Alvadı kəndində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m² sahədə yanıb.

 

Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış cəsədləri aşkar olunub.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb və 3 nəfər xilas edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır