Modern.az

Ermənistan bu gün baş nazirini seçəcək

Ermənistan bu gün baş nazirini seçəcək

8 May 2018, 09:27

Ermənistanda etirazçıların lideri, deputat Nikol Paşinyan mayın 8-ni istirahət günü elan edib.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə o, mayın 7-si keçirilən mitinqdə elan edib.

 

Paşinyan etriazçılar qarşısında çıxış edərək mayın 8-i saat 12-də parlamentdə seçimlər keçiriləcəyini və baş nazir olacağını elan edib.

 

“Seçimlər parlamentdə saat 12-də başlayacaq. Danışdığımız kimi hər kəsi saat 11-də Respublika meydanında gözləyirəm. Artıq “Daşnaksütyun”, “Sarukyan”, “Çıxış” və hakim “Respublika” Partiyasından olan bəzi deputatlardan mənə səsə verəcəkləri barədə rəsmi cavab almışam” – Paşinyan bəyan edib.

 

Bu hadisə ilə əlaqədar o mayın 8-ni qeydi –iş günü elan edib.

 

Həmçinin hər kəsi saat 11-də Respublika meydanında toplaşmağa çağırıb. 


Əgər Ermənistanda bu gün də baş nazir seçkisi baş tutmasa. parlament buraxılacaq.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır