Modern.az

Səfir: “Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkün olmur”

Səfir: “Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkün olmur”

8 May 2018, 10:18

“Dağlıq Qarabağ münaqişəsi regionda qeyri-sabitliyin əsas amilidir. Belə münaqişələr təhlükəsizliyə təhdiddir. BMT-nin Təhlükəsizlik Şurası Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib, orada torpaqların işğaldan azad edilməsi qeyd edilir.

 

Bundan başqa, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, GUAM da bu mövqedədir. Beynəlxalq ictimaiyyətin rəyinə baxmayaraq, Ermənistan işğal olunmuş torpaqları azad etməyib. Bu torpaqlarda hərbi gücünü saxlayır, o torpaqlardan qovulmuş yüz minlərlə azərbaycanlının torpaqlarına qayıtmasının qarşısını alır. Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkün olmur”.

 

Modern.az-ın məlumatına görə, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasıyev deyib. Səfir bildirib ki, Ermənistanın dağıdıcı siyasəti nəticəsində bu münaqişə davam edir, ona görə bunun həlli sülh yolu ilə mümkün olmur.

 

“Ermənistan Azərbaycanın cəbhəyanı kəndlərini atəşə tutur, orada mülki şəxslər də əziyyət çəkir. 2016-cı ilin aprelində də bu cür təxribata əl atıb, yaşayış məntəqələrini atəşə məruz qoyub. Nəticədə isə bir neçə Azərbaycan vətəndaşı həyatını itirib”.

O həmçinin qeyd edib ki, 2014-cü ildən bu yana Azərbaycan və Ermənistan prezidentləri arasında 8 görüş baş tutub.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır