Modern.az

Ziyafət Əsgərov: “Nə vaxtdan beynəlxalq hüquq sizin üçün məşğuliyyət, bizim üçün məhdudiyyət olub?”

Ziyafət Əsgərov: “Nə vaxtdan beynəlxalq hüquq sizin üçün məşğuliyyət, bizim üçün məhdudiyyət olub?”

8 May 2018, 10:29

“Ermənistan bu gün terror siyasəti ilə məşğuldur. Ermənistanda terror dövlət siyasətidir”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında deyib.

 

O qeyd edib ki, Ermənistan hakimiyyəti erməni xalqını girov götürüb. “Bu işğalçılıq siyasətinə son qoyulmalıdır. Bu həm də Cənubi Qafqaz regionunda inkişafa səbəb olar.

 

Ermənistan beynəlxalq hüququ saymır. Biz istəyirik ki, sülh olsun, əməkdaşlıq edək, amma torpaqlar azad edilsin. Bu, həm də Cənubi Qafqaz regionun inkişafına da səbəb olar. Avropa İttifaqı, Avropa Parlamenti Dağlıq Qarabağ probleminin həlli ilə bağlı addımlar atmır. Niyə Ermənistana sanksiyalar tətbiq etmirsiz? Niyə? Axı hər şey aydındır. Dağlıq Qarabağda narkotik bitkiləri əkib-becərilir, bunun qarşısı niyə alınmır? Axı bu hamının problemidi. Ədalət prinsipi niyə işləmir?

 

Z.Əsgərov qeyd edib ki, Dağlıq Qarabağda terrorçular yetişdirilir, narkotik bitkilər əkilir.

 

“Bu narkotik vasitələr Dağlıq Qarabağdan Avropaya ixrac olunur. Bu, tək Azərbaycanın deyil, hamının problemidir. Beynəlxalq hüquqda çoxdan ədalət prinsipi yoxdur. Nə vaxtdan beynəlxalq hüquq sizin üçün məşğuliyyət, bizim üçün məhdudiyyət olub?”

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir