Modern.az

Elektron sənəd dövriyyəsi UNEC-də kağızdan istifadəni minimuma endirib

Elektron sənəd dövriyyəsi UNEC-də kağızdan istifadəni minimuma endirib

Aktual

8 May 2018, 10:39

UNEC ümummilli lider Heydər Əliyevin 95-ci ildönümü münasibətilə “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə dəstək göstərib.

 

Modern.az xəbər verir ki, UNEC Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi olduğu IDEA ictimai birliyinin təşəbbüsü ilə reallaşan layihəyə “Yaşıl universitet” şüarı ilə qoşulub.

 

UNEC-in professor-müəllim heyəti, tələbələri qarşısında çıxış edən İDEA İB-nin nümayəndəsi Nəzakət İsayeva bildirib ki, layihənin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Aksiya eyni zamanda, ətraf mühitin çirklənməsinin qarşısını almağı və tullantılardan düzgün istifadə olunmağı təbliğ edir.

 

Qurumun rəsmisi bu tip layihələrdə xüsusi fəallığına görə UNEC kollektivinə İDEA İB-nin təşəkkürünü çatdırıb.

UNEC-in İqtisadi məsələlər üzrə prorektor, dosent Mikayıl Zeynalov universitetdə ekoloji layihələrə önəm verildiyini, əməkdaşlar arasında bu mövzuda təbliğat işlərinə xüsusi diqqət yetirildiyini bildirib. Prorektor, UNEC-in “Elektron universitet” modelinin tərkib hissəsi olan “Elektron sənəd dövriyyəsi”nə keçidlə bağlı universitetdə kağızdan istifadənin minimuma endirildiyini vurğulayıb.

 

Sonda UNEC kollektivi 12 tondan çox kağız tullantısını təkrar emal məqsədilə “Azərsun Holdinq”in Kağız və Karton İstehsalat kombinatına təhvil verib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!