Modern.az

Xanım deputat beynəlxalq tədbirdə AĞLADI

Xanım deputat beynəlxalq tədbirdə AĞLADI

8 May 2018, 10:40

“Bu gün Azərbaycan ərazisi olan Şuşanın işğalından 26 il ötür. Neçə illərdir ki, ATƏT-İn Minsk qrupu münaqişənin sülh yolu ilə həllinə çalışır. Amma heç bir nəticə əldə olunmur. Mən başa düşə bilmirəm ki, işğalçı məlum ola-ola niyə bunu uzatmaq istəyirlər?”

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Xankəndidən olan deputatı Flora Qasımova Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında deyib.

Deputat bildirib ki, Ermənistan rəhbərliyi işğal altında olan Azərbaycan torpaqlarında süni məskunlaşma aparır.

 

“Necə olar ki, Azərbaycanda 1 insanın haqqı tapdalanan kimi Avropa təşkilatları xəbər tutur. Amma işğalçı da bəlli olduğu halda bu münaqişənin həlli istiqamətində addım atmırlar”.

 

Flora Qasımova deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin iki yolu var: Sülh və müharibə. “Mən qadınam, amma müharibə istəmirəm. Çünki müharibə nəticəsində insanlar həyatını itirir. Niyə 20 ildən çoxdur ki, münaqişənin həlli istiqamətində hər hansı bir addım atılmır? Bizdə belə bir məsələ var: “iştah diş altındadır”.

 

Onlar Azərbaycanın işğal altında olan ərazilərindəki abidələri özəlləşdirirlər, qəbirləri dağıdırlar. Bu insanlığa yaraşan sifətdirmi? Siz bu söhbətləri çox eşidirsiniz. Bəlkə də öyrəşmisiniz. Bu gün Ermənistan əsgərlərinin anası deyir ki, niyə mənim oğlu başqa ölkənin ərazisində şəhid olur? Siz əgər sülh istəyirsinizsə əlinizi qaldırın. İşğal nəticəsində həmçinin bizə 100 milyardlarla ziyan dəyib. Ən çox da mənəvi ziyan”.

 

 Flora Qasımovanın fikrini tamamladıqdan sonra gözləri dolub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir