Modern.az

Yeni marşrut xəttinə namizəd olanların NƏZƏRİNƏ

Yeni marşrut xəttinə namizəd olanların NƏZƏRİNƏ

8 May 2018, 10:59

19 nömrəli yeni müntəzəm marşrut xətti ilə bağlı elan edilən müsabiqə dair sənədlər toplusu artıq www.bna.azsaytına yerləşdirilib.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən və maraqlanan şəxslər //www.bna.az/az/musabiqe/515 bölməsində tanış ola bilər.


Qeyd edək ki, təkliflərin qiymətləndirilməsi zamanı daşıyıcılara (sahibkarlara) aşağıdakı meyarlarına görə üstünlük veriləcəkdir:


1. Müasir standartlara cavab verən istehsalat bazasına (qaraj) malik olması.


2. İstehsalat bazalarının avtobus sayına müvafiq təmir zonalarına, inzibati binaya və parklanma ərazisinə malik olması.


3. Yeni müasir avadanlıqlarla təhciz edilmiş nəqliyyat vasitələrinə (avtobuslara) malik olması;


4. Sürücü bazası və müvafiq işçi heyətə malik olması.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır