Modern.az

Əfsanəvi məşqçi komadan ayıldı

Əfsanəvi məşqçi komadan ayıldı

Aktual

8 May 2018, 11:06

Mançester Yunaytedin eks məşqçisi Ferqünson komadan çıxıb. Modern.az “Daily Mail”a istinadən xəbər verir ki, məşqçinin vəziyyəti hazırda stabildir.

 

76 yaşlı Aleks Ferqünson beyin qanaxması keçirmişdi. Mançesterdə keçirilən beyin əməliyyatından sonra komaya düşən məşqçi artıq ayılsa da hələ də reanimasiyada saxlanılır. Lakin həkimlər onun otura və danışa bildiyini bildirilər. Həkimlər onun tezliklə ayağa qalxacağına inanırlar.

 

Qeyd edək ki, əfsanəvi şotlandiyalı məşqçi “Mançester Yunayted”ə 1986-cı ildən 2013-ə kimi rəhbərlik edib. Onun rəhbərliyi dövründə klub 38 müxtəlif kuboka sahib olub. 1999-cu ildə Britaniya Kraliçası II Yelizaveta tərəfindən “Cəngavər” tituluna layiq görülüb.

 

Onun adı İngiltərə futbolunun “Şöhrət zalı”na daxil edilib.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür