Modern.az

Cavanşir Feyziyev: “Onlar hələ vətənlərini görməyiblər”

Cavanşir Feyziyev: “Onlar hələ vətənlərini görməyiblər”

8 May 2018, 11:27

“Əgər Ermənistandakı dəyişiklik bu ölkədə sülhpərvər qüvvələrin hakimiyyətə gəlməsinə səbəb olacaqsa, biz münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqların nəticə verə biləcəyinə az da olsa, ümid edə bilərik”.

 

Modern.az-ın məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Komitənin həmsədri Cavanşir Feyziyev deyib.

 

O qeyd edib ki, təqribən 30 il ərzində məcburi köçkün kimi doğulmuş uşaqlar hələ öz vətənlərini görməyiblər. Buna baxmayaraq, öz doğma torpaqlarını görmək ümidlərini itirməyiblər:

 

“Bütün qüvvələr münaqişənin sülh yolu ilə həllinə yönləndirməlidir. Bu günə qədər münaqişənin həlli üçün bir addım da atılmayıb. Biz münaqişənin həlli üçün bacardığımız qədər öz təkliflərimizi verməyə çalışırıq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir