Modern.az

Yeni nazir Ağdam atçılıq təsərrüfatına getdi  

Yeni nazir Ağdam atçılıq təsərrüfatına getdi   

Aktual

8 May 2018, 11:32

Regionlara səfər çərçivəsində kənd təsərrüfatı naziri İnam Kərimov Ağcabədi rayonunun Xamtorpaq ərazisində yerləşən Ağdam atçılıq təsərrüfatında inşa edilən müasir atçılıq kompleksi ilə tanış olub.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, İ.Kərimov təsərrüfatda bəslənilən atların saxlanma şəraiti ilə maraqlanıb.

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bayrağı tezliklə Şuşada dalğalanacaq və Qarabağ atları Cıdır düzündə yenə də çapacaq”, - deyə İnam Kərimov vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür