Modern.az

Birgə Bəyanat qəbul edildi

Birgə Bəyanat qəbul edildi

Aktual

8 May 2018, 13:13

Bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Birgə Bəyanat və tövsiyələr müzakirə olunub.

 

Modern.az-ın məlumatına görə, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev bildirib ki, suriyalı erməni qaçqınlar Azərbaycanın işğal olunmuş ərazilərdə yerləşdirilir.

 

C. Feyziyev Birgə Bəyanata suriyalı erməni qaçqınların Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməməyə çağırmaq barədə düzəliş və əlavə olmasını təklif edib. Əlavə səsə qoyulub. Lakin bu düzəliş qəbul edilməyib. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin təklifi ilə münaqişə zonasında silahlara nəzarət barədə müddəa da qəbul olunmayıb.

 

C. Feyziyev bildirib ki, sülh danışıqları nəticə verməzsə, Azərbaycanın hərbi yolla torpaqları azad edəcək. Birgə Bəyanatda əməkdaşlıqla bağlı müddəalar qəbul edilib. Sonda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ümumi Bəyanatı səsə qoyulub və qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü