Modern.az

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaları bu tarixə qaldı

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaları bu tarixə qaldı

8 May 2018, 13:56

"Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaları 2019-cu ildə başlayacaq".

Bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, sərnişindaşımalarını “Stadler” qatarları əldə olunanadək başlamaq mümkün deyil:

 

“Mən bir müddət əvvəl “Stadler”in nümayəndələri ilə görüşmüşəm. Onlar bildirib ki, qatarlar gələn ilin əvvəlində təhvil veriləcək. Bundan sonra biz yeni qatarlarla sərnişindaşımalarına başlayacağıq”.

Sərnişindaşımalarında qiymətlər barədə isə C.Qurbanov bildirib ki, tariflər həm Gürcüstan, həm də Türkiyə tərəfi ilə danışıqlardan sonra birgə razılaşdırılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!