Modern.az

Gəncədə ağacəkmə aksiyası keçirilib

Gəncədə ağacəkmə aksiyası keçirilib

Aktual

8 May 2018, 14:27

Gəncədə şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ağacəkmə aksiyası təşkil edilib.

 

Modern.az xəbər verir ki, Şəhərin idarə, müəssisə və təşkilatlarının, ictimaiyyət nümayəndələrinin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı aksiyaya səhər saatlarından başlanılıb. “Hərəyə bir ağac əkək” devizi ilə Ulu öndərin adını daşıyan park-kompleksin ərazisində 10 min ədəd həmişəyaşıl Eldar şamı ağacı əkilib. Aksiya iştirakçıları təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.

 

Aksiya gənclərin şən ifa və rəqsləri ilə müşayiət olunub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır