Modern.az

Cavanşir Feyziyev yekun bəyanatla bağlı məlumat verdi

Cavanşir Feyziyev yekun bəyanatla bağlı məlumat verdi

8 May 2018, 14:38

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının yekun bəyanatı qəbul edilib.

 

Modern.az-ın məlumatına görə, bəyanatla bağlı jurnalistlərə açıqlama verən Avropa Ittifaqı- Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, deputat Cavanşir Feyziyev bildirib ki, bəyanatda komitənin iclasında səslənən təkliflər, müzakirə edilən məsələlər öz əskini tapıb.

 

Onun sözlərinə görə, bəyanatda Dağlıq Qarabağ münaqişəsinin regionda vəziyyəti qeyri-stabil saxlamaqda rol oynadığı qeyd olunub:

"Bəyanatda münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasına, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub".

C. Feyziyev söyləyib ki, yekun sənəddə Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurdlarından qaçqın və məcburi köçkün düşmüş insanların hüquqlarının qeyd-şərtsiz təmin olunması maddəsi də öz əksini tapır.

 

O qeyd edib ki, bəyanatda diqqət çəkən digər məqam Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı ilə bağlıdır:

 

“Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əlaqələr geniş müzakirə olundu. Bu müzakirələrdə həm Avropa Parlamentinin, həm də Milli Məclis üzvləri - hər iki tərəf arasında daha yüksək əməkdaşlıq haqqında müqavilənin imzalanması ilə bağlı fikir bildirdilər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir