Modern.az

Şagird ürəktutmasından ölüb – RƏSMİ

Şagird ürəktutmasından ölüb – RƏSMİ

8 May 2018, 15:17

Xəbər verildiyi kimi Saatlı rayonunun Sarıcalar kənd sakini, 2004-cü il təvəllüdlü Ağayev Yahya Eldar oğlu məktəbdə ölüb. Məktəblinin hansı səbəbdən öldüyü hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılır. Digər ehtimala görə məktəbli döyüldükdən sonra vəfat edib.

 

Modern.az saytı məsələ ilə bağlı Saatlı rayon Təhsil Şöbəsinə müraciət edib. Şöbədən saytımıza bildirilib ki, şagird ürəktutmasından vəfat edib.

 

“Saatlı rayonu, Sarıcala kənd ümumi orta məktəbinin 8-ci sinif şagirdi Yəhya Ağayev tənəffüs zamanı ürəktutmasından vəfat edib. İlkin tibbi yardım göstərilməsinə və şagirdin xəstəxanaya çatdırılmasına baxmayaraq onun  həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı