Modern.az

Pxenyan nüvə silahından imtina üçün şərt kəsdi

Pxenyan nüvə silahından imtina üçün şərt kəsdi

Dünya

8 May 2018, 16:26

Rəsmi Pxenyana qarşı düşmənçilik siyasətindən əl çəkilərsə Şimali Koreyanın nüvə silahına ehtiyacı qalmayacaq.

 

Modern.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In Çin lideri Si Tzinpin ilə görüşdə bildirib.

 

“Müvafiq tərəflər düşmənçilik siyasəti və təhlükəsizliyimizə qarşı təhdidlərdən əl çəkərlərsə, Şimali Koreyanın nüvə silahına ehtiyacı qalmayacaq. Bundan sonra Koreya yarımadasının nüvəsizləşdirilməsi mümkün olacaq” – Kim Çen In bildirib.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə