Modern.az

Muğanbank yeni kartlarının satışına start verdi

Muğanbank yeni kartlarının satışına start verdi

Aktual

8 May 2018, 17:30

Muğanbank yeni MasterCard World Elite PayPass premium kartlarının satışına start verib.

Modern.az xəbər verir ki, MC World Elite PayPass premium kart sahibləri dünyanın istənilən ölkəsində rahat, maneəsiz, limitsiz olaraq nağd və nağdsız ödənişlər həyata keçirə və  premium kartının üstünlüklərindən, endirimlərdən yararlana bilərlər.  MC World Elite Pay Pass kart sahibləri bütün VİP xidmətlərlə yanaşı Lounge Key, MC  Concierge ve səfər zamanı sığorta xidmətlərindən istifadə etmək imkanı  əldə edirlər.

Bundan  əlavə, hansı ölkədə olmasından asılı olmayaraq, kart sahibi kartın BİN-ni söyləməklə (kartın ilk 6 rəqəmi) 24/7 xidmət göstərən +7 499 270 35 00 müştəri xidmətlərinə və email vasitəsilə [email protected] ünvanına müraciət edərək beynəlxalq dəstək, endirimlər və kart barədə məlumat, səhiyyə və hüquqi məsləhətlər, sığorta barədə məlumatları ala bilərlər.

 

MC World Elite PayPass kart sahibləri üçün Moskva, Kiyev, Vyana, Praqa, Budapeşt, Buxarest, Tbilisi və Batumi beynalxalq hava limanlarında Lounge Key xidmətindən istifadə etmək pulsuzdur. Əlavə olaraq qeyd edək ki, MC World Elite Pay Pass premium kart sahibləri səfər zamanı AXA MBASX sığorta şirkəti tərəfindən sığortalanırlar.

Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına, həmçinin //www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır