Arxiv
11 May 2018, 12:34 | HADİSƏ
Eldar Mahmudov və generalları nə vaxt rütbədən məhrum ediləcək?..

Ötən ay Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxslərinə hökm oxundu. Natavan Mirvətova istisna olmaqla digər generallar müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

Daha əvvəl isə MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi , general-mayor Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

Məhkəmə həmçinin A.Çovdarovun general hərbi rütbəsinin alınması üçün dövlət başçısına müraciət göndərmək barədə qərar qəbul etdi.

2015-ci ildən həbs olununa MTN generalları 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər. 

Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb.


Təəssüf həmin generallardan hələ ki heç biri bu ali rütbədən məhrum edilməyib, heç özləri də belə bir təşəbbüs göstərməyiblər.


Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a deyib ki, ali, xüsusi və hərbir rütbədən, fəxri addan, dövlət təltifindən məhrumetmə Cinayət Məcəlləsində öz əksini tapıb:


“Maddənin 42.0.5 bəndində xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrumetmə cəza növlərindən biri kimi göstərilir. Eyni zamanda, Cinayət Məcəlləsinin 48-ci maddəsində xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrumetmədən bəhs edilir.

 

Qeyd edilir ki, ağır, xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə, cinayətin ictimai təhlükəliliyinin xarakterini, dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onu xüsusi və ya hərbi rütbədən, fəxri addan və yaxud dövlət təltifindən məhrum edilməsinin zəruruliyi məsələsinə gəldikdə aşağıdakı qərarlardan birini qəbul edir:

 

- Müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən verilmiş ali, xüsusi və ya hərbi rütbədən, fəxri addan, dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə həmin orqana təqdimat göndərilməsi üçün qərar qəbul edir;

- Digər dövlət orqanı tərəfindən verilmiş xüsusi, ali və ya hərbi rütbədən, fəxri addan, dövlət təltifindən məhrum edilməsi haqqında qərar qəbul edir”.

 

Ekspert bildirib ki, ali, xüsusi və hərbi rütbədən, fəxri addan məhrumetmə ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslərə şamil edilə bilər:

“Az ağır cinayət törətmiş, böyük ictimai təhlükəli olmayan cinayət törətmiş şəxsləri xüsusi, ali və ya hərbir rütbədən, fəxri addan, dövlət təltifindən məhrumetmədən söhbət getmir. Həmin cinayəti etmiş şxəslərə bu cəza tətbiq olunmur. Qeyd edilən cəza yalnız ağır və xüsusilə ağır cinayət törətmiş şəxslərə şamil edilir. Cinayətin ictimai təhlükəli xarakteri və dərəcəsi, təqsirkarın şəxsiyyəti və digər hallar nəzərə alınaraq, məhkəmə qərar qəbul edir. Müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi, ali və ya hərbi rütbədən, fəxri addan, dövlət təltifindən məhrumetmə məsələsinə baxılması ilə bağlı həmin orqana təqdimat göndərilməsi haqqında qərar qəbul olunur.

Bildiyiniz kimi, xüsusi, ali və ya hərbir rütbəni, fəxri adı cənab prezident verir. Məhkəmə özü rütbədən azad edə bilmir. Amma digər orqan tərəfindən verilmiş xüsusi və ya hərbi rütbə olarsa, məhkəmə addan məhrumetmə barədə qərar qəbul edə bilər. Milli Məclis, digər dövlət orqanları tərəfindən verilmiş adlar olarsa məhkəmə özü qərar qəbul edir”.

 

Xatırladaq ki, 2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra onun rəhbərlik etdiyi nazirlik ləğv edilib.


Qeyd edək ki, məhkəımə yuxarıda adları çəkilən generalların rütbələrinin alınması barədə Prezident İlham Əliyevə təqdimat göndərilməsi barədə qərar qəbul edilib.  İndi gözlər ölkə başçısına yənəlib. Onların Prezidentin sərəncamı ilə verilən general rütbəsindən məhrum ediləcəyi gözlənilir.

Sonda bir şeyi də vurğulamaq yerinə düşər: generallar müxtəlifdir. Var əsl generallar, bir də var general forması geyinib adı general çağrılanlar. Vaxt, zaman onları əvvəl-axır öz süzgəcindən keçirir...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məktəblər arasında respublika çempionatı başladı 23 May 2019, 22:14 Zelenski Rusiya ilə danışığa getmir 23 May 2019, 21:57 Kriminal avtoritet saxlanıldı 23 May 2019, 21:43 Güclü zəlzələ Fransanı silkələdi 23 May 2019, 21:27 “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir” – İsrail telekanalı 23 May 2019, 21:13 Vahid Naxış  yenidən “ANS”də  - FOTO   23 May 2019, 20:59 İlham Əliyev iftar mərasimində iştirak etdi - FOTOLAR 23 May 2019, 20:51 Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47 ADU-da “Səmavi dinlər” sərgisi 23 May 2019, 17:38 Manatın məzənnəsi dəyişdi? 23 May 2019, 17:28 Ordumuz gecə döyüşlərində - VİDEO 23 May 2019, 17:18 Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı? 23 May 2019, 17:13 Oruc tutmayanların iftar süfrəsində nə işi var... - Din xadimi aydınlıq gətirdi 23 May 2019, 17:03 Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu 23 May 2019, 16:52 Supermarketlərdə düşünülmüş cibgirlik 23 May 2019, 16:43 “Unudulmaz Bakı” - FOTO 23 May 2019, 16:40 Goranboyun icra başçısı tapşırıqlar verdi 23 May 2019, 16:38