Modern.az

Yeni ilin ilk 5 günü iş olmayacaq

Yeni ilin ilk 5 günü iş olmayacaq

Təhsil

1 Dekabr 2009, 16:16

Azərbaycanda 2009-cu il dekabrın 31-dən 2010-cu il yanvarın 4-nə kimi qeyri-iş günü elan olunub. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin 26 noyabr 2009-cu il tarixli qərarı ilə dekabrın 31-i Azərbaycanlıların Həmrəylik günü, yanvarın 1, 2-si Yeni il bayramı münasibətilə qeyri-iş günü elan olunub: "Yanvarın 2-nin şənbə gününə düşməsi ilə əlaqədar olaraq yanvarın 4-ü də qeyri-iş günü elan olunub". (Trend).
Azərbaycan Respublikasının "Əmək Məcəlləsinə əlavə və dəyişiklərin edilməsi haqqında" 30 dekabr 2005-ci il tarixli qanununa əsasən, bayram günləri həftənin sonuna (qeyri-iş günlərinə) düşərsə, həmin günlər avtomatik olaraq sonrakı iş günlərinə keçirilir.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir