Arxiv
14 May 2018, 17:46 | AKTUAL
Tvinninq layihəsi başa çatdı

14 mayda Avropa İttifaqının dəstəyi ilə Azərbaycan, Fransa və Macarıstanın kənd təsərrüfatı nazirlikləri tərəfindən birgə həyata keçirilən "Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək" tvinninq layihəsinin bağlanışına həsr olunmuş tədbir keçirilib.

 

Tədbir Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa İttifaqının (Aİ) birgə təşkilatçılığı ilə baş tutub.

Tvinninq layihəsinin əsas məqsədi Azərbaycanda heyvan və insan sağlamlığını qorumaq, kənd təsərrüfatı sektorunda iqtisadi artıma və qida təhlükəsizliyi üzrə vəziyyətin yaxşılaşdırılmasına töhfə vermək üçün Beynəlxalq Epizootik Büronun (BEB) tələblərinə uyğun olaraq respublikada heyvan xəstəliklərinin, zoonozların epidemiologiyası, profilaktikası və xəstəliklərə nəzarət sahəsində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin potensialını daha da gücləndirməklə DBNX-nin imkanlarını genişləndirməkdən ibarət olub.

 

Tvinninq layihəsinin bağlanış tədbirində Aİ-nin nümayəndəliyinin təmsilçisi, Fransa və Macarıstanın Azərbaycandakı səfirləri, Fransiz-Macar Konsorsumu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi(DTRA), Dünya Bankı, ACİP layihəsi, Tvininq layihəsinin Bakı ofisi, Kənd Təsərrüfatı, Səhiyyə,  Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Rabitə və İnformasiya Texnologiyaları, İqtisadiyyat və Sənaye, Daxili İşlər, Təhsil nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi, İDEA Heyvanlara Qayğı Mərkəzi və digər müvafiq aidiyyəti qurumların nümayəndələri  iştirak ediblər.

 

 

Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən "Tvinninq" layihəsi 2016-cı ilin 19 may tarixindən başlayaraq 2018-ci ilin may ayının 18-də başa çatacaq.

Respublikada Avropa İttifaqının dəstəyi ilə Azərbaycan, Fransa və Macarıstanın kənd təsərrüfatı nazirlikləri tərəfindən birgə həyata keçirilən “Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək” tvinninq layihəsi çərçivəsində beynəlxalq və milli ekspertlər tərəfindən qarayara, nodulyar dermatit, xırdabuynuzlu heyvanların taun xəstəliyi, nyukasl, yüksək patogenli “quş gripi”, bruselyoz və quduzluq xəstəliklərinə qarşı mübarizə tədbirləri barədə qaydalar, həmin xəstəliklər üzrə Fövqəladə Fəaliyyət Planı və hər bir adıçəkilən xəstəliyin Standart Əməliyyat Prosedurları BEB-in və Avropa İttifaqı (Aİ) təşkilatlarının tələblərinə uyğun hazırlanmış, həmçinin müəyyən tədbirlərin özəl baytarlıq xidmətinə həvalə edilməsi, kompensasiya və heyvanların rifahı məsələləri ilə bağlı mövcud qanunvericiliyə əlavə və dəyişikliklər layihəsi hazırlanıb.

 

Həmçinin Tvinninq layihəsinin beynəlxalq ekspertləri və DBNX-nin mütəxəssisləri tərəfindən “2018-2022-ci illərdə Azərbaycanda quduzluq xəstəliyinə qarşı mübarizə üzrə Milli Strategiya” layihəsinin və fəaliyyət planının ilkin variantları hazırlanıb. Strategiya və fəaliyyət planının layihələri üzərində son tamamlanma işləri başa çatdırılıb.         

 

2017-ci il 20-23 fevralın tarixlərində “Tvinninq” layihəsinin komponentlərinə daxil olan "Azərbaycanda Quduzluğun kökünün kəsilməsi üzrə Milli Planın tərtibatı"na dair seminar keçirilib. 2018-ci ilin 17-19 yanvar tarixlərində isə Tvinninq layihəsi çərçivəsində respublikamızın üç regionunda (Abşeron, Lənkəran, Şəki) “Quduzluq xəstəliyinin profilaktikası və müşahidəsi” mövzusunda maarifləndirmə seminarları keçirilib. Eləcə də aprel ayında tvinniq layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində "Azərbaycanda bruselyoz xəstəliyinin qarşısının alınması və kökünün kəsilməsi strategiyası" mövzusuna həsr olunan seminar keçirilib, Lənkəran rayonunda isə “Xırdabuynuzlu heyvanların taununun alovlanması” mövzusunda simulyasiya çalışması keçirilib.

3 may 2018-ci il tarixində Göygöldə Avropa İttifaqının (Aİ) dəstəyi ilə Azərbaycan, Fransa və Macarıstanın kənd təsərrüfatı nazirlikləri tərəfindən birgə həyata keçirilən “Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək" tvinninq layihəsi çərçivəsində “Heyvan sağlamlığı sahəsində təhlükələrin müəyyən edilməsi və risklərin təhlili” mövzusunda təlim keçirilib.

 

Tədbiri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi, layihənin benefisar müəssisə (BM) tərəfindən rəhbəri Azər Süleymanov  açıb. Layihənin məqsədlərindən və layihə çərçivəsində görülən tədbirlərdən ətraflı məlumat verib. Layihənin uğurla başa çatması ilə əlaqədar Avropa İttifaqına, Fransa və Macarıstan hökümtlərinə minnətdar olduğunu bildirib.

 

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev tədbir iştirakçılarını Kənd Təsərrüfatı Nazirliyi adından salamlayıb ölkəmizdə kənd təsərrüfatı sahəsində görülən tədbirlərdən məlumat vermişdir. Layihənin uğurla başa çatması münasibəti ilə layihənin icraçılarını və Dövlət Baytarlıq Nəzarəti Xidmətini təbrik etmiş və  Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa İttifaqı ilə birgə aparılan tədbirlərdən və səmərəli nəticələrdən danışıb.

Bağlanış tədbirində daha sonra Aİ-nın Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Jeroen Villems, Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez, Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi, Fransa Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Olivye Fojer, Macarıstan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Lilla Egri, tərəfdaş ölkənin layihə rəhbəri (Fransa) Fransis Jeijer, 1-ci komponentin rəhbərləri Ramiz Salmanov və Jujanna Zogiyeni, 2-ci komponentin rəhbərləri Klement Əsədov və Akoş Jozviakı çıxış ediblər.

 

Tədbirdə çıxış edənlər Tvinninq layihəsinin əhəmiyyətindən danışaraq vurğulayıblar ki, bu layihə Azərbaycanda uğurla həyata keçirilib, gələcəkdə Avropa İttifaqının standartlarına uyğun heyvan sağlamlığının qorunması sahəsində və ərzaq təhlükəsizliyinin etbarlı təminatında böyük töhfələr verəcək.

 

Avropa İttifaqı, Dünya Bankı və digər beynəlxalq təşkilatlarla, inkişaf etmiş ölkələrlə gələcəkdə heyvan sağlamlığı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaxda zəlzələ olub 17 İyun 2019, 10:33 Kanadada yaşayan azərbaycanlı rəssam:  “Yox cavabı alanda, deyirdilər, “heç olmasa, amerikalısan” - MÜSAHİBƏ 17 İyun 2019, 10:20 Bakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilib 17 İyun 2019, 10:02 Xalq şairinin yubiliyar qızı - Xatirə xanım 17 İyun 2019, 10:02 Ermənilər cəbhədə təxribatlara davam edir 17 İyun 2019, 10:00 40 gündə 93 ölüm - Rəis piyadaları İTTİHAM ETDİ 17 İyun 2019, 09:38 Qaxda kişi özünü bıçaqladı 17 İyun 2019, 09:23 Beş ayda ölkədə istifadəyə verilmiş müəssisələrin SİYAHISI 17 İyun 2019, 09:04 Bakıda 2 otaqlı ev yandı 17 İyun 2019, 08:55 Ərdoğan Putin və Trampla bir araya gəlir 17 İyun 2019, 00:41 Prezident canlı yayımda 600 mindən artıq sualı cavablandıracaq 17 İyun 2019, 00:09 Kazinoda azərbaycanlı qadın döyüldü 16 İyun 2019, 23:49 Sumqayıtda ağır qəza 16 İyun 2019, 23:37 Pənah Hüseyndən Surət Hüseynova sərt CAVAB: “Qələt eləyir, başın daşa döyür” 16 İyun 2019, 23:15 Baş redaktor vəfat etdi 16 İyun 2019, 22:57 Təyyarə qəzadan son anda döndü 16 İyun 2019, 22:52 Surət Hüseynovun sensasion VIDEOSU - Mir Şahinin vaxtnda 16 İyun 2019, 22:42 Şəkidə 14 yaşlı yeniyetmə intihar etdi 16 İyun 2019, 22:24 İstanbul savaşı: İmamoğlu-Yıldırım debatından CANLI YAYIM 16 İyun 2019, 22:06 Litvaya 19 minə yaxın miqrant gəlib 16 İyun 2019, 21:46 Göygöldə ağır mikroavtobus qəzası 16 İyun 2019, 21:27 Krımda azərbaycanlı pula görə qətlə yetirildi - VİDEO 16 İyun 2019, 21:08 İki təyyarə toqquşdu: pilotlar öldü 16 İyun 2019, 20:54 Röyadan LGBT-yə dəstək 16 İyun 2019, 20:36 Azərbaycanlı qəza törətdi: Futbolçunun həyat yoldaşı öldü 16 İyun 2019, 20:19 Azərbaycandan Meksikaya gedən turistlərin sayı artıb 16 İyun 2019, 20:02 Gürcüstanda meşə yanğınları olub 16 İyun 2019, 17:43 Goranboyun başçısı görülən işlərlə tanış oldu 16 İyun 2019, 17:06 Sumqayıtda ər arvadını bıçaqladı - SƏBƏB  16 İyun 2019, 16:55 Suriyada Türkiyənin müşahidə məntəqəsi atəşə tutulub 16 İyun 2019, 16:29 Binəqədidə üçmərtəbəli yaşayış binasında YANĞIN   16 İyun 2019, 16:01 9-cular üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb 16 İyun 2019, 15:23 Azərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblər - FOTOLAR 16 İyun 2019, 15:06 OPEC-in növbəti görüşünün keçiriləcəyi vaxt açıqlandı 16 İyun 2019, 14:41 Prezident təmirə 40 milyon manat ayırdı - Məktəblərdə yenə də şagirdlərdən pul yığılır 16 İyun 2019, 14:10