Modern.az

Azərbaycanəsilli hipnoterapist Sara Pourun inanılmaz HƏYAT HEKAYƏSİ - VİDEO

Azərbaycanəsilli hipnoterapist Sara Pourun inanılmaz HƏYAT HEKAYƏSİ - VİDEO

Ədəbi̇yyat

15 May 2018, 18:56

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Türkiyənin məşhur hipnoterapisti və yaşam koçu Sara Pourun seminarı təşkil edilib, kitabının təqdimatı keçirilib.

 

Tədbirə gələn insanların sayına əsasən deyə bilərik ki, Azərbaycanda də belə görüşlərə, bu cür söhbətlərə ehtiyacı olanlar çoxdur. Yetər ki, onları dinləyəcək, fikirlərinə hörmətlə yanaşacaq biri olsun…


Sara Pourun maraqlı bir həyat hekayəsi var. Onun həyatı bir motosiklet qəzası ilə tamamilə dəyişib. Qəza sonrası Saranın həyatında tamamilə başqa qapılar açılıb.



Beləliklə, o, içindəki gücü kəşf etmək, insanlara daha da yaxın ola bilmək üçün bir yola çıxıb…

 

Əsas hədəfi isə insanlara yaşadıqları çətinliklərə və üzüntülərə baxmayaraq, həyatda necə dik dura bilməyi, neqativ düşüncələr və insan ruhuna əzab verən duyğularla necə başa çıxa biləcəklərini aşılamaqdır.

 

Sara Pour bütün bunları qarşısına məqsəd qoyaraq, istədiyinə nail ola bilmək üçün daha çox çalışmağa başlayıb. İnsanın özünü bir fərd kimi tanımasını, qəbullanmasını hədəflərinin ən vacibi olaraq seçib.

 

Onun öz dilindən də eşidəcəyiniz həyat dolu çıxışları və insanı sanki silkələyərək özünə qaytaran motivasiyası sizlərin də mütləq ruhunu oyadacaq və həyata baxış bucağınızı dəyişəcək. 

 

Sara Pourla söhbətimiz zamanı onun Azərbaycan kökənli olduğunu da öyrəndik, Güney Azərbaycandan olan və İspaniyadan İrana köçən bir ana ilə iranlı bir atanın qızıdır.


O, fars, Azərbaycan, ingilis və türk  dillərini bilir. Türkiyədə Qazi Universitetinin əczaçılıq bölümünü bitirib.



Sara ölkəmizə bir neçə dəfə gəldiyini, hər səfərində Azərbaycanın daha da gözəlləşdiyinin fərqində olduğunu deyir. Axı nə də olmasa, onu Azərbaycana bağlayan başqa səbəblər də var…


Beləliklə, onunla bağlı təqdim etdiyimiz videoreportajda dediklərimizdə heç də yanılmadığımızı görəcəksiniz.

 

Video: İsmət Paşa

Montaj:Fərid Babayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi