Arxiv
18 May 2018, 09:50 | PARLAMENT
Jurnalistlər Oqtay Əsədova müraciət etdilər - Əliağa Hüseynovun hərəkətlərinə qiymət verilsin!   

Parlament Jurnalistləri Birliyi və Modern.az saytı Milli Məclisin sədri Oqtay Əsədova və Salyan seçicilərinə müraciət edib.

Müraciətdə 59 saylı Salyan seçki dairəsinin deputatı, ehtiyatda olan general-leytenant  Əliağa Hüseynovun Azərbaycan Ordusunun 100 illik yubileyi ərəfəsində jurnalistlərin və Silahlı Qüvvələrimizin ünvanına təhqiramiz ifadələr işlətməsinə etiraz edilib, Milli Məclis rəhbərliyindən bu məsələylə bağlı tədbir görmək xahiş olunub.

Müraciətdə deyilir:

- Milli Məclisin sədri, cənab Oqtay Əsədov və hörmətli Salyan seçiciləri,

59 saylı Salyan seçki dairəsinin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov artıq neçənci dəfədir ki, jurnalistləri təhqir edir, mətbuat nümayəndələrinə qarşı heç bir ölçüyə sığmayan kobud davranış göstərir.

Deputat ona zəng edən jurnalistin “Azərbaycan Ordusunun 100 illiyik yubileyinin necə keçirilməsini istəyirsiniz” sualına cavab vermək əvəzinə dözümsüzlük göstərərək, media nümayəndəsinin və Silahlı Qüvvələrin ünvanına təhqiramiz ifadələr işlədib. Yəqin ki, razılaşarsınız ki, ölkənin ali qanunverici orqanının mandatını daşıyan 72 yaşlı bir şəxsin “Siz kimsiniz? Hansı Ordudan danışırsız? Sizə nə açıqlama verəcəm? Əl çəkin məndən, şərəfsizlər!” deməsi millət vəkili adına heç cür yaraşmır.

Düşünürük ki, Əliağa Hüseynovun jurnalisti və Azərbaycan Silahlı Qüvvələrini aşağılayan vulqar ifadələr işlətməsi təkcə onun özünə deyil, bütövlükdə Milli Məclisin adına da xələl gətirən hadisədir.

Cənab Oqtay Əsədov və hörmətli Salyan seçiciləri,

Baş verən hadisə bütün jurnalistləri təəssüfləndirir və hətta belə bir təəssürat yaradır ki, deputat Əliağa Hüseynov Sizlərlə ünsiyyət zamanı da bu cür xoşagəlməz davranışlara yol verir.  

Yaxşı olar ki, deputat Əliağa Hüseynov ölkə başçısı cənab İlham Əliyevin jurnalistlərə münasibətindən nümunə götürsün.

Prezident İlham Əliyev Milli Mətbuat Günündəki çıxışında jurnalistləri nahaq yerə cəmiyyətin hərəkətverici qüvvəsi hesab etməyib.

“Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz”, - deyə ölkə başçısı jurnalistlərə xitab edərkən bildirib.

Parlament Jurnalistləri Birliyi və Modern.az saytı ümid edir ki, Milli Məclisin rəhbərliyi deputat və ehtiyatda olan hərbçi Əliağa Hüseynovun bu hərəkətinin ilk olmadığını, “Milli Məclisin deputatının etik davranış qaydaları" ilə bir araya sığmadığını nəzərə alacaq. İnanırıq ki, Azərbaycan Ordusunun 100 illiyik yubileyi ərəfəsində Silahlı Qüvvələri və media nümayəndələrini aşağılayan deputatın məsələsinə Milli Məclisin İntizam Komissiyasında baxılacaq və müvafiq ölçü götürüləcək”.



Deputat Əliağa Hüseynov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yerə metereoid düşdü - VİDEO 23 May 2019, 22:53 İsraildə güclü meşə yanğınları 23 May 2019, 22:30 Məktəblər arasında respublika çempionatı başladı 23 May 2019, 22:14 Zelenski Rusiya ilə danışığa getmir 23 May 2019, 21:57 Kriminal avtoritet saxlanıldı 23 May 2019, 21:43 Güclü zəlzələ Fransanı silkələdi 23 May 2019, 21:27 “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir” – İsrail telekanalı 23 May 2019, 21:13 Vahid Naxış  yenidən “ANS”də  - FOTO   23 May 2019, 20:59 İlham Əliyev iftar mərasimində iştirak etdi - FOTOLAR 23 May 2019, 20:51 Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47 ADU-da “Səmavi dinlər” sərgisi 23 May 2019, 17:38 Manatın məzənnəsi dəyişdi? 23 May 2019, 17:28 Ordumuz gecə döyüşlərində - VİDEO 23 May 2019, 17:18 Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı? 23 May 2019, 17:13 Oruc tutmayanların iftar süfrəsində nə işi var... - Din xadimi aydınlıq gətirdi 23 May 2019, 17:03 Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu 23 May 2019, 16:52 Supermarketlərdə düşünülmüş cibgirlik 23 May 2019, 16:43