Modern.az

 “İYİ” Partiyanın nümayəndələrinə növbəti dəfə hücum edilib

 “İYİ” Partiyanın nümayəndələrinə növbəti dəfə hücum edilib

Aktual

20 May 2018, 12:11

İstanbulda “İYİ” Partiyanın nümayəndələrinə növbəti dəfə hücum edilib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Üsküdar meydanında baş verib. Tədbirə hazırlıq işləri görən üçü qadın olmaqla  5 nümayəndə hücuma məruz qalıb. Nəticədə onların hər biri yaralanıb.

 

Hücumun MHP tərəfindən təşkil edildiyi iddia olunur. Açıqlamalarda bildirilib ki, hücum edənlər 30 nəfərdən ibarət bir qrupdur. Onlardan birinin silahı olduğu aşkarlanıb. Hücum edənlərdən birinin isə Ədalət və İnkişaf Partiyasının ( AKP) üzvü Engin Akyüz olduğu bildirilir.

 

Dindirilmə zamanı MHP üzvləri polisi belə təhdid ediblər. Bundan başqa müxalif partiya iddia edib ki, hadisə baş verən zaman polis müdaxilə etmək əvəzinə, olanları seyr etməklə kifayətlənib.

 

Xatırladaq ki, bundan əvvəl də İYİ Partiyasının nümayəndələrinə hücum edilmişdi. Hadisə zamanı 5 nəfər yaralanmşdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var