Modern.az

Sel Əfqanıstanda 9 nəfərin canını ALDI

Sel Əfqanıstanda 9 nəfərin canını ALDI

20 May 2018, 15:46

Əfqanıstanın şimalında yağan şiddətli yağışlar 9 nəfərin ölümünə səbəb olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki. Bəlx və Cüzcan vilayətlərində yağan şiddətli yağışlar sel və daşqınlara yol açıb. Nəticədə yüzlərlə ev suyun altında qalıb. Təbii fəlakət nəticəsində 9 nəfər həyatını itirib.

 

Cüzcan vilayətinin sadəcə iki rayonunda 1500 evin suyun altında qaldığı bildirilir. Sakinlər helikopterlərlə hadisə yerindən uzaqlaşdırılıblar. Hələ də bölgə də xilasetmə işləri davam etdirilir.

 

Evləri viran qalan insanların isti havada çöllərdə qaldığı qeyd olunub. Onlar yardım qurumlarından çadır, ərzaq dəstəyi gözləyirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü