Modern.az

Türkiyədə partiya və itifaqlar seçki bülletenində belə QƏRARLAŞACAQ  

Türkiyədə partiya və itifaqlar seçki bülletenində belə QƏRARLAŞACAQ   

Aktual

20 May 2018, 16:34

Türkiyədə 24 iyun keçiriləcək nönbədənkənar prezident və parlament seçkilərində partiya və itifaqların seçki bülletenində qərarlaşacaqları yerlər məlum olub.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu gün Türkiyənin Ali Seçki Şurası ( YSK)  partiya və ittifaqların seçki bülletenində qərarlaşacağı yeri ictimaiyyətlə bölüşüb. Ali Seçki Şurasının sədri Sədi Güvən bildirib ki, seçkilərdə 12 partiya iştirak edəcək. Daha sonra o, parlament seçkilərində iştirak edəcək ittifaq və partiyaların bülletendəki sıralamısını açıqlayıb. Sıralama belədir:

1-ci yer: Cumhur İttifaqı

 2-ci yer: Hürr Dava Partiyası

 3-cü yer: Vətən Partiyası

 4-cü yer: Xalq Demokrat Partiyası (HDP)

 5-ci yer: Müstəqil Türkiyə Partiyası (BTP)

 6-cı yer: Millət İttifaqı

İttifaqlar isə öz aralarında belə sıralanıb:

Cumhur İttifaqı: AKP 1-ci yer, MHP 2-ci yer

Millət İttifaqı: CHP 1-ci yer, Səadət Partiyası 2-ci yer, “İYİ” Partiyası 3-cü yer.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı