Modern.az

Gəncədə əmi qardaşı qızının evindən oğurluq etdi

Gəncədə əmi qardaşı qızının evindən oğurluq etdi

20 May 2018, 17:29

Mayın 17-də Gəncə sakininin evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.

 

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət axtarış idarəsinin və Kəpəz rayon Polis İdarəsinin əməkdaşları dərhal əməliyyat istintaq tədbirləri həyata keçirib.

 

Müəyyən olunub ki, şəhər sakininin evindən oğurluq edən keçmiş gəlinin əmisi 1973-cu il təvəllüdlü Göygöl rayonunda anadan olmuş Nofəl Məhərrəmovdur. Hazırda saxlanılan N. Məhərrəmov Rusiya Federasiyasında 6 il azadlıqdan məhrum edilib.

 

 

Faktla bağlı araşdırma davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?