Modern.az

Azərbaycan Euronews telekanalına etiraz məktubu göndərib

Azərbaycan Euronews telekanalına etiraz məktubu göndərib

1 Dekabr 2009, 19:23

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü ərəfəsində Avropanın nüfuzlu Euronews telekanalının bütünlüklə Azərbaycanın əleyhinə hazırladığı video materialla əlaqədar olaraq rəsmi Bakı kanala etiraz məktubu göndərib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun verdiyi məlumata görə, məktubda materialın bir daha efirə buraxılmaması tələb olunub. "Belə bir qərəzli, birtərəfli materialların Azərbaycan üçün həssas olan bir məsələdə - Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Euronews tərəfindən efirə verilməsi Azərbaycan tərəfindən heç də müsbət qarşılana bilməz. Məsələ ilə bağlı kanala etiraz məktubu göndərilib. Orada bir daha bildirilib ki, belə materillar bir daha efirə buraxılmasın"-deyə E.Poluxov bildirib.
Məsələ ilə bağlı Azərbaycanın Fransadakı səfirliyinə də məlumat verilib: "Çox təəssüflər ki, belə bir nüfuzlu telekanalda birtərəfli və qərəzli məlumatlar gedir. Göndərilən məktuba cavab olaraq Euronews kanalı öz mövqeyini müəyyənləşdirəcək. Çarxın efirə gedib-getməməsi ilə bağlı məlumat verəcək".
Qeyd edək ki, ötən gün yayımlanan video materialda bir neçə dəfə qondarma qurumun müstəqil olması ilə bağlı xatırlatma verilir. Hətta separatçı rejimin rəhbəri Bako Saakyan Dağlıq Qarabağın prezidenti kimi təqdim olunur 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?