Modern.az

İspaniyada yüz minlərlə insan susuz qalıb

İspaniyada yüz minlərlə insan susuz qalıb

21 May 2018, 15:44

İspaniyanın paytaxtı Madriddə 100 minlərlə insan susuz qalıb.

 

Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, hadisəyə səbəb su borusunun partlaması olub.

Demək olar ki, bütün Madridin şərq hissəsi susuz qalıb.

 

Hadisə yerində mütəxəssislər əhalinin alternativ yollarla su ilə təmin olunması üçün yollar axtarırlar. Hazırda insanlara qablaşdırılmış içməli su çatdırılması təmin edilir.

 

Susuz qalmış əhalinin dəqiq sayı göstərilmir. Bəzi mətbuat orqanları bu sayın milyonu keçdiyini bildirilər.

Qeyd edək ki, Madrid dünyanı ən sıx məsknlaşmış əhalisinə malik ölkələrindən sayılır. Şəhərdə 7 milyondan çox insan yaşayır.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi