Modern.az

ABŞ-dan İrana Suriya ilə bağlı sərt XƏBƏRDARLIQ

ABŞ-dan İrana Suriya ilə bağlı sərt XƏBƏRDARLIQ

Aktual

21 May 2018, 17:52

İran bütün hərbi qüvvələrini Suriyadan çıxarmalıdır.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompoe qeyri-hökumət təşkilatı “İrs” fondunda çıxışı zamanı bildirib.

O, İranı əks halda tarixdə ən sərt sanksiyaların gözlədiyini söyləyib.

 

“Birincisi biz rejimə qarşı misli görülməmiş maliyyə təzyiqi göstərəcəyik. Tehrandakı liderlər bizim niyyətimizdə şübhələnməməlidirlər. Əgər İran öz kursunu dəyişməzsə, sanksiyalar getdikcə daha ağrılı olacaq” – Pompeo bildirib.

 

O əsas İranın nüvə proqramına toxunaraq onun bu proqramının amerikan xalqı üçün təhlükə olduğunu və daha heç bir kompromisin olmayacağını vurğulayıb.

“İran komandanlığı altında olan bütün qüvvələrini Suriya ərazisindən tamamilə çıxarmalıdır” – Pompeo tələb edib.

 

ABŞ-ın yalnız İranın siyasətində gözəçarpan dəyişikliklərin olacağı halda bütün diplomatik əlaqələrin bərpa oluna biləcəyini bildirib. Onun sözlərinə görə yeni razılaşma ABŞ vətəndaşlarının təhlükəsizliyini əsas götürüb.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi