Arxiv
21 May 2018, 18:34 | AKTUAL
Sahil Babayev BƏT-in baş direktoru ilə görüşüb

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Qay Rayder Bakı şəhərində “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, konfrans çərçivəsində naziri Sahil Babayev ilə Q.Rayder arasında görüş keçirilib.

S.Babayev konfransda iştirak etmək üçün Q.Rayderin ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, bu səfərin Azərbaycan Respublikasının BƏT-ə üzv olduqdan sonrakı dövrdə Təşkilatın Baş direktorunun ölkəmizə ilk səfəri olduğunu bildirib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurları barədə məlumat verən S.Babayev əldə edilən iqtisadi nailiyyətlərin ilk növbədə vətəndaş rifahına xidmət etdiyini, iqtisadi islahatların sosialyönümlü xarakter daşıdığını və məşğulluq amilinin bu islahatlarda diqqət mərkəzində saxlandığını vurğulayıb.

Nazir Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin icrası, o cümlədən hər kəs üçün tam və səmərəli məşğulluğun təmin olunması istiqamətində məqsədyönlü dövlət siyasətinə malik olduğunu, bu sahədə BƏT-lə də faydalı əməkdaşlıq müstəvisinin formalaşdığını bildirib.

S.Babayev 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramında əhatə olunan prioritetlər üzrə əməkdaşlığın, əmək müfəttişliyi sisteminin və məşğulluq xidmətlərinin təkmilləşdirilməsi, qeyri-rəsmi məşğulluq hallarının aradan qaldırılması, özünüməşğulluq proqramının icrası və genişləndirilməsi, əmək bazarının tənzimlənməsi kimi vacib istiqamətlərdə əməkdaşlıq təcrübəsinin gələcəkdə uğurla davam etdiriləcəyini qeyd edib.

Q.Rayder Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, yoxsulluğun azaldılması, məşğulluğun təminatı sahəsində Azərbaycanda əldə olunan nailiyyətləri yüksək dəyərləndirib. O, BƏT-in qlobal önəm kəsb edən təşəbbüsləri və layihələri ilə bağlı ölkəmizin daim fəal və işgüzar mövqe tutmasından və bu Təşkilatla səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edib. Q.Rayder Azərbaycanda dayanıqlı inkişaf şəraitində əmək və məşğulluq sahəsində həyata keçirilən məqsədyönlü islahatların bundan sonra da BƏT tərəfindən dəstəklənəcəyini vurğulayıb.

Görüşdə Azərbaycanla BƏT arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib, əməkdaşlıq gündəliyinin daha da genişləndirilməsinə dair yekdil fikir ifadə olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34 Bakıda kafe sahibi qətlə yetirildi 25 May 2019, 11:29 Turizm obyektlərində qiymətlər od tutub yanır... - SƏBƏBLƏR 25 May 2019, 11:24 İsmayıllıda avtomobil ustaları heroinlə tutuldular 25 May 2019, 11:10 İcra başçısı vətəndaşların problemlərini dinlədi 25 May 2019, 11:06 Heç bir qüvvə ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə əngəl törədə bilməz 25 May 2019, 10:54 Abşeronda tikinti meydançasında krandan qırılan tros fəhləni öldürdü 25 May 2019, 10:52 Massalıda kəndə təsərrüfatı sistemi sürətlə elektronlaşır 25 May 2019, 10:41 Gəncədə avtomobil 19 yaşlı qızı vurdu 25 May 2019, 10:30 Saakaşvilinin Ukraynaya qayıdacağı tarix AÇIQLANDI 25 May 2019, 10:23 Ali məktəbi bitirənlər niyə dövlət qulluğunda az təmsil olunur? - PROBLEM 25 May 2019, 10:13 Neftçalada 5 uşaq anası olan 30 yaşlı qadın intihar etdi 25 May 2019, 10:06 Cəbhədə gərginlik – Atəşkəs 20 dəfə pozuldu 25 May 2019, 09:59 Rusiyalı nümayəndə heyəti DOST mərkəzi ilə tanış olub 25 May 2019, 09:53 Bu gün Bakıda 28 dərəcə isti olacaq 25 May 2019, 09:36 NATO yeni hərbi strategiya qəbul edir – Rusiyaya görə   25 May 2019, 09:22 “Mxitaryan Bakıya getmək istəmir? Öz işidir...” 25 May 2019, 09:03 Dağıstanda 4,5 bal gücündə zəlzələ olub 25 May 2019, 08:56 Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05 Azərbaycan nefti ucuzlaşdı 24 May 2019, 23:56 Leyla Əliyevadan “Şəhər ekologiyası”na dəstək - FOTOLAR 24 May 2019, 23:34 Azərbaycanlılar yaşayan ərazidə zəlzələ 24 May 2019, 23:17 “Azərişıq” hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə işləyir 24 May 2019, 22:58 Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO 24 May 2019, 22:41 Bakıda Argentinanın milli günü qeyd edildi 24 May 2019, 22:17 Daşkəsəndə təbii fəlakət 24 May 2019, 22:01