Modern.az

İsrail hiddətlənib: Avropadan üç səfirini geri çağırdı

İsrail hiddətlənib: Avropadan üç səfirini geri çağırdı

21 May 2018, 22:56

İsrail xarici işlər nazirliyi ölkənin İspaniya, Sloveniya və Belçikadakı səfirlərini geri çağırıb.

 

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb bu ölkələrin BMT-nin Qəzzada fələstinli etirazçılara qarşı törədilən cinayətlərin araşdırılması il bağlı Yaxın Şərqə ekspert qrupu göndərmək qərarını dəstəkləmələri olub.

 

Bundan əvvəl İsrail XİN-i ölkənin BMT-nin bölgəyə ekspert göndərmək qərarını tanımadığını bəyan etmişdi.

 

Xatırladaq ki, mayın 18-də BMT-nin insan haqları komissiyası İsrail hərbçilərinin mülki fələstinli etirazçılara atəş açmasını qəti şəkildə pisləyərək, Qəzzaya müharibə cinayətləri üzrə ekspert qrupunu yollamağa qərar verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı