Modern.az

Milli Məclisin növbədənkənar iclasında bu məsələyə baxılacaq  

Milli Məclisin növbədənkənar iclasında bu məsələyə baxılacaq   

Parlament

22 May 2018, 14:23

“Hazırda Azərbaycan nefti 2018-ci ilin dövlət büdcəsində pronozlaşdırldığından təqirbən iki dəfə baha satılır. Əgər büdcədə neftin qiyməti 45 dollar götürülübsə, hazırda Azərbaycan nefti dünya bazarında 80 dollar civarında satılır. Bu da büdcəyə böyük həcmdə əlavə gəlirlərin daxil olması deməkdir. Nəticədə həm də büdcə gəlirlərində cidd fərqlərin yaranması baş verib. Bu amil büdcəyə yenidən baxılmasını zəruri edir”.

Modern.az-ın məlumatına görə, bunu deputat Əli Məsimli deyib.

O bildirib ki, əgər vəsait az olarsa, məsələyə aidiyyatı orqan olan Maliyyə Nazirliyi hökumətlə baxıb büdcəyə dair birgə qərar verəcək.

“Yox oratadakı maliyyə fərqi nəzərdə tutulduğundan çoxdursa, o zaman məsələyə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi baxacaq. Yox vəsait real büdcədən kəskin fərqlənərsə, onda məsələyə Milli Məclisn plenar iclasında baxılmalıdır.

Büdcəyə dəyişikliyi zəruri edən ikinci amil isə 2018-ci ilin mart-may aylarında dövlət büdcəsində çalışanların maaşlarının artırılmasıdır. Hələ birinci variantda maaşların artırılması üçün 600 milyon manat əlavə vəsaitə ehtiyac var idi. İndi bu vəsait struktur dəyişikliyi hesabına olacaq, yoxsa əlavə vəsatin cəlb edilməsi ilə, bunu demək çətindir. Ola bilsin neftdən gələn əlavə gəlirlər hesabına əməkhaqlarına vəsait ayrılsın. Bunlar müzakirə obyektidir. Bütün bu deyilənlər 2018-ci ilin büdcəsinə baxılaraq dürüstləşdirməni zəruri edir. Ona görə də iyun ayında məsələyə baxıla bilər”.

Ə.Məsimli bildirib ki, əgər büdcəyə baxılarsa neftin büdcədə proqnozlaşdırılan qiyməti 45 dollar həcmindən 10 dollar qaldırıla bilər.

“Belə bir praktika olub. Elə 2017-ci ilin büdcəsinə baxılan zaman neftin qiyməti 25 dollar həcmindən 40 dollara qaldırıldı. Hazırda büdcədə neftin qiyməti 45 dollar nəzərdə tutulub. Amma real olaraq bazarda neftin qiyməti 80 dollar civarındadır. Bu da nəzərdə tutulduğundan təqribən iki dəfə çoxdur. Odur ki, məsələyə baxılıb neftin qiymətini büdcədə 55 dollar həcmində götürmək olar. Bu məqbul variantdır”.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının son iclası mayın 31-də keçiriləcək. İyunda isə parlamentin növbədənkənar iclası çağırılacaq. Elə həmin iclasa büdcə məsləsinin müzakirəsi gözlənilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı