Arxiv
22 May 2018, 16:00 | MEDİA
Jurnalist binalarında yaşayanların həyatı təhlükəyə atılıb - PROBLEM

Jurnalistlər başqalarının dərdinə əlac tapa bilsələr də, sıra öz probleminə çatanda əksi müşahidə olunur. Məsələn, mətbuat işçilərinin Bibiheybətdə - Yeni Salyan yolu 22 ünvanında  tikilmiş yaşayış binalarından 2-si artıq istifadədir, 3-cü binanın isə tikintisi davam edir. Bu binalar yol probleminə görə təhlükəli zona hesab olunur. Binaların yanından keçən magistral yolda qarşı tərəfdəki dayanacağa getmək üçün sakinlər ya sürətlə qaçmalı və ya maşınların azaldığı vaxtı gözləməlidirlər. Əks təqdirdə kimisə maşın vura bilər.

Jurnalistlərin xahiş və müraciətlərinə baxmayaraq dövlətin müvafiq qurumları bu şəhərcikdən magistral yola çıxış yerində adi bir işıqfor belə quraşdırmırlar. Bu binaların qarşısındakı avtobus “dayanacağı”na keçmək üçün nə piyada zolağı, nə işıqfor, nə yeraltı və ya yerüstü keçid var. Yəni, bu yolda dayanacaq yeri qoyulub, amma piyadaların dayanacağa keçməsi qanunla qadağandır. Bir sözlə, analoqu olmayan problem... Jurnalist binalarının qarşısında hər gün onlarla insanın həyatı tühlükə qarşısında qalır...

İstifadədə olan hər 2 binada ümumilikdə 410 mənzil var və 2000-ə yaxın sakin yaşayır.

Maraqlıdır, iki binanın “jurnalist ordusu” bir problemin həllinə niyə çarə tapa bilmir?


Bina sakini, “Avtosfer.az”ın redaktoru Elməddin Muradlı Modern.az-a bu məsələdən danışıb:


“Jurnalistlərin birinci binasının sakinləri də bu problemlə 5 ildir mübarizə aparırlar, lakin heç bir nəticə yoxdur və hər dəfə aidiyyatı qurumlar müəyyən bəhanələr irəli sürür. Bu baxımdan ikinci binanın sakinləri olaraq biz də məsələ qaldırdıq və təxminən eyni bəhanələrlə üzləşdik”.

E.Muradlı deyir ki, dəfələrlə təhlükə yaranıb, az qalıb ki, avtomobil yoldan keçən piyadaları vursun. Belə vəziyyətdə tezliklə bu yolda faciə baş verməsi qaçılmazdır:

“Bizdən 300 metr aralıda yerləşən yeni yaşayış binasının qarşısına işıqfor qoyulub. Maraqlıdır, jurnalistlərin binasının qarşısına işıqfor qoyulmur, lakin ondan 3 il sonra tikilən binanın qarşısına qoyulur.  Deyirlər ki, o buna YAP-ındır, ona görə.
Jurnalistlər çox sadə üsul təklif edirlər: Yaxşı olar ki, YAP-ın binasının qarşısına qoyulan işıqforun birini, yəni Bibiheybət məscidi istiqamətində hərəkət edən zaman şəhərə daxil olan yerdəki işıqforu çıxarıb 200-300 metr naqil sərf etməklə bizim binanın qarşısınadək irəli çəkmək olar. Ya orda işıqfor olmamalıdır, hərəkət başqa bir yolla tənzimlənməlidir,  ya yolu enlədib dairə qoymaq lazımdır, ya da ortada tam ayrıca zolaq, o cümlədən hardasa bir yerdən geriyədönmə yeri qoymaq mümkündür. Amma bunların hamısı çox vəsait aparacaq. Bizim təklif etdiyimiz yalnız işıqforun yerini dəyişməkdir”.

E.Muradlı qeyd edib ki, ötən ilin iyul ayında Prezident İlham Əliyev bu barədə göstəriş versə də, hələ də heç bir addım atılmayıb:


“Jurnalist binasının sakinlərinin həyatı təhlükədədir və onlar yolu normal keçə bilmirlər, qorxulu situasiya yaranıb. Sizin vasitənizlə həmin binanın  sakinlərinə də tövsiyə edərdim ki, mümkün qədər diqqətli olsunlar. Uzun məsafə də olsa, YAP-ın binasının qarşısındakı işıqfordan istifadə etmək daha təhlükəsiz olar. O cümlədən ora dayanacaq köşkləri qoyulmalı və bu problemləri həll etmək lazımdır. Söhbət yalnız jurnalistlərin binasından getmir, həmçinin  YAP-ın binası, ondan qabaq yerləşən yaşayış məntəqələrinin sakinlərinin də eyni problemi var.

Digər tərəfdən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi son zamanlar yaxşı ideya tətbiq edir. Yüngül  konstruksiyalı piyada keçidləri tikilir və bu, çox da xərc aparmayan məsələdir. Düşünürəm ki, onun birini - məhz bizim binanın qarşısına qoysunlar demirəm - amma ortaq məxrəc tapıb qoymaq lazımdır.  Axı burda insan həyatından söhbət gedir. Bilirsiniz, jurnalistlərin  binasının sakinlərindən birini maşını vursa, bir ay ərzində gəlib onu həll  edəcəklər. Aidiyyatı qurumların bəlası odur ki, gərək kimsə ölsün, xəsarət alsın, ya da jurnalistlər  yığışıb yolu bağlasın ki, problem həll edilsin. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi , Bakı Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi İdarəsi bu məsələyə diqqət yetirməlidir, çünki bunu cənab Prezident tapşırıb”.

Bakı Nəqliyyat Agentliyinin ( BNA) İctimai əlaqə və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib ki, jurnalistlər binasının ətrafında hərəkətin təhlükəsizliyi, eyni zamanda ictimai nəqliyyatdan sərnişinlərin təhlükəsiz və rahat istifadəsi üçün zəruri olan bütün infrastruktur yaradılacaq:

“Bu, BNA üçün də xüsusi önəm kəsb edir. Bilirsiniz, bina ilə yanaşı, ətrafda eyni zamanda müxətlif obyektlər yerləşir. Həmin ərazidən istifadə edən insanların rahatlığını təmin  etmək üçün yolda ilk növbədə yerüstü piyada keçidinin təşkili məsələsi gündəmdədir. Bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təklif verdik. Bu təklif təsdiq edilib, artıq müvafiq quruma bununla əlaqəli tapşırıq və göstərişlər verilib. Yerüstü keçidin tikintisinə yəqin, yaxın vaxtlarda başlanılacaq”.

Mais Ağayev dayanacaq pavilyonundan da söz açıb:

“Ərazidə dayancaq pavilyonunun  qoyulması məsələsi də gündəmdədir. Bilirsiniz, dayancaqlar BNA-nın balansına yenicə verildi. Buna qədər dayancaq pavilyonlarının salınmasını Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmin olunurdu. Agentlik tərəfindən yalnız dayanacaq məntəqələri müəyyənləşdirilib nişanlanma işləri aparılırdı. İndi bu məsələ BNA-nın  balansında olduğu üçün ən qısa vaxtda jurnalistlərin  binasının qarşısında hər iki tərəfdə dayanacaq pavilyonu qoyulacaq.

Sakinlər həmin ərazidə piyada zolağının çəkilməsini istəyirlər. Sadəcə, həmin yolun təyinatı elədir ki, orada piyada zolağı ola bilməz. Sürətli yol olduğu üçün bu, düzgün deyil”.

Maraqlıdır ki, Mais Ağayevin “sürətli yol” dediyi yerdə sürət həddi saatda 60 km-dir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yerə metereoid düşdü - VİDEO 23 May 2019, 22:53 İsraildə güclü meşə yanğınları 23 May 2019, 22:30 Məktəblər arasında respublika çempionatı başladı 23 May 2019, 22:14 Zelenski Rusiya ilə danışığa getmir 23 May 2019, 21:57 Kriminal avtoritet saxlanıldı 23 May 2019, 21:43 Güclü zəlzələ Fransanı silkələdi 23 May 2019, 21:27 “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir” – İsrail telekanalı 23 May 2019, 21:13 Vahid Naxış  yenidən “ANS”də  - FOTO   23 May 2019, 20:59 İlham Əliyev iftar mərasimində iştirak etdi - FOTOLAR 23 May 2019, 20:51 Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47 ADU-da “Səmavi dinlər” sərgisi 23 May 2019, 17:38 Manatın məzənnəsi dəyişdi? 23 May 2019, 17:28 Ordumuz gecə döyüşlərində - VİDEO 23 May 2019, 17:18 Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı? 23 May 2019, 17:13 Oruc tutmayanların iftar süfrəsində nə işi var... - Din xadimi aydınlıq gətirdi 23 May 2019, 17:03 Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu 23 May 2019, 16:52 Supermarketlərdə düşünülmüş cibgirlik 23 May 2019, 16:43