Arxiv
23 May 2018, 10:47 | İQTİSADİYYAT
Bu rayonlarda məmur-oliqarxların zəbt etdiyi torpaqlar geri alınıb - Komitə SİYAHI açıqladı

Azərbaycanın bəzi rayonlarında 1000 hektarlarla əkinə yararlı sahələr, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi zənginlərin mülkiyyətində  saxlanılır.

Əmlak Məsələləri Dövlət Komitəsi illərdir hasarlanıb becərilməyən kənd təsərrüfatı təyinatlı iri torpaq sahələri barədə sərt tədbirlər görməyə başlayıb.

 

Komitədən Modern.az-a verilən məlumata görə, ölkədə kənd təsərrüfatı əhəmiyyətli istifadəsiz torpaq qalmayacaq.

 

Boş və fəaliyyətsiz qalan torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətində təhlillər aparılıb, aşkar edilən belə torpaqlar geri qaytarılır. Aparılan monitorinqlər nəticəsində 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə istifadəsiz qalması faktları aşkarlanıb. Aparılan tədbirlər nəticəsində 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib.


Monitorinqlər nəticəsində qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan, Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb. Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib.


Qeyd edilməlidir ki, indiyədək komitə tərəfindən kənd təsərrüfatı torpaqlarında 2600 pozuntu halı aşkar olunaraq inzibati protokollar tərtib edilib. Təqsirkar fiziki və hüquqi şəxslər 1 milyon manatdan çox cərimə olunublar.


Həmin torpaqlar geri qaytarıldıqdan sonra yenidən səmərəli şəkildə istifadə istiqamətində də işlər həyata keçirilib. Həmin torpaqlarda iri taxılçılıq, pambıqçılıq təsərrüfatları yaradılır, meyvə bağları salınır və digər kənd təsərrüfatı məqsədləri üçün müvafiq aqrotexniki və meliorativ tədbirlər görülür. Bununla da torpaq sahələrinin daha səmərəli şəkildə istifadəçiliyi üçün zəmin yaradılır.


Həmçinin, istifadəsiz torpaqların dövlət mülkiyyətinə geri qaytarılması və dövriyyəyə buraxılması nəticəsində kənd təsərrüfatına yararlı torpaq sahələrinin ümumi həcmi artır. Belə torpaqlar yenidən gəlir mənbəyinə çevrilməklə ölkədə aqrar sahənin inkişafına təkan verir.


Qeyd edilməlidir ki, 2015-ci ildən etibarən kənd təsərrüfatı sahəsində əkin dövriyyəsinin artırılması məqsədilə ümumilikdə təyinatı dəyişdirilən torpaqlar da daxil olmaqla 277 min hektar torpaq sahəsi icarəyə verilib. Bunun 218 min hektardan çoxu əkinçilik, qalan hissəsi isə heyvandarlıq məqsədi üçün ayrılıb.

Bitkiçilik sahələrinin genişləndirilməsi istiqamətində də 188 min hektar örüş sahəsinin kateqoriyası dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib. Nəticədə 136 min hektara yaxın torpaq sahəsi 27 Aqroparkın yaradılması məqsədi ilə investorların istifadəsinə verilib. Təyinatı dəyişdirilən torpaqlarda aqroparkların yaradılması ərzaq təhlükəsizliyi ilə bağlı olan əsas məsələlərin həlli baxımından mühüm tədbirlərdəndir.

“Bununla təyinatı dəyişdirilən torpaq sahələrinin gəlirlilik potensialı artırılır. Eyni zamanda həmin sahələrdə əkin prosesinin aparılması bol məhsul əldə edilməsinə şərait yaradır. Bu isə ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə, daxili tələbatın ödənilməsinə öz töhfəsini verir”,- komitə bəyan edib.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə iftar süfrəsi açıldı 26 May 2019, 01:01 Bakıda dəhşətli qətl: övlad atasının başını kəsdi 26 May 2019, 00:31 Leyla Əliyevadan yeni şeir:  “Mən elə sizəm” 26 May 2019, 00:14 Abşeronda evdə qaz balonu partladı: yaralı var 25 May 2019, 23:54 Yük gəmisində yanğın 25 May 2019, 23:41 Bu ölkədə 700 il ərzində ilk məscid tikildi 25 May 2019, 23:23 Qəzzada vəziyyət  kritik həddə çatdı 25 May 2019, 23:06 Daha bir təyyarə qəzası: Pilot və sərnişin öldü 25 May 2019, 22:47 Şəkidə güclü külək ağacı evin üzərinə aşırıb - FOTO 25 May 2019, 22:29 Türkiyədən terrorçulara zərbə 25 May 2019, 22:09 Məhkəmədən Trampa qadağa 25 May 2019, 21:51 İmişlidə qardaş qardaşını bıçaqladı 25 May 2019, 21:33 Sünni millət vəkillərindən prezidentə təhdid 25 May 2019, 21:13 Komitə sədri Balakəndə şikayətləri dinlədi 25 May 2019, 20:59 Güclü gülək Qubada fəsadlar törətdi 25 May 2019, 20:46 “Arsenal” Bakıda belə qarşılandı - FOTOLAR 25 May 2019, 20:29 “Sarı jiletlilər” yenidən ayağa qalxdı 25 May 2019, 20:19 Şimal bölgəsində hava kəskin pisləşir: “Azərişıq” hərəkətə keçdi 25 May 2019, 20:01 İran ABŞ-ı hədələdi: "Gəmilərinizi batırarıq" 25 May 2019, 17:58 Ağdamda düşmən ordusunun 5 hərbçisi  öldü - Təlim DAYANDIRILDI 25 May 2019, 17:48 “Arsenal” Bakıya yola çıxıb 25 May 2019, 17:35 Suriyada Rusiya aviabazasına raket hücumu? 25 May 2019, 17:27 İranda zəlzələ oldu 25 May 2019, 17:08 İnsanlığın faciəsi 25 May 2019, 16:56 XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir” 25 May 2019, 16:47 Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa 25 May 2019, 16:33 "Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...” 25 May 2019, 16:14 Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası 25 May 2019, 15:41 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47