Modern.az

Oğuzda  qadın itkin düşüb - FOTO  

Oğuzda  qadın itkin düşüb - FOTO   

23 May 2018, 13:06

Oğuz rayonu sakini 1986-cı il təvəllüdlü Gülnaz Abışova mayın 22-də günorta saatlarında evdən çıxıb və indiyənədək geri qayıtmayıb.

 
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a onun əlamətləri haqda belə məlumat verilib:



Boyu 155 sm, orta bədən quruluşlu, gözlərinin rəngi qara, uzun qara saçları var. Evdən çıxanda əynində qara rəngli şalvar, ağ rəngli kofta, üstündən göy rəngli cins gödəkçə, ayağında qara rəngli idman ayaqqabısı olub.


Şəkildə gördüyünüz qadını tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Oğuz  Rayon Polis Şöbəsinə 024-215-28-71 şəhər, ( 055 ) 218-21-21 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir