Modern.az

Binəqədi-Xırdalan yolunda hərəkət məhdudlaşdırılır

Binəqədi-Xırdalan yolunda hərəkət məhdudlaşdırılır

23 May 2018, 14:16

Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 24-ü səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

 

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması 24 may axşam saatlarınadək qüvvədə olacaq.

 

Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alterbativ yollardan istifadə etmələri tövsiyə olunur.

Qurum yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir